“Allahım, sən özün bizə kömək ol…”
“Biz kimik ki? Əskimiz də tüstülü. Bir söz deyən kimi deyəcəklər müğənnisən, get mahnını oxu”.
Rakus.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.
O, aparıcı Azər Qəribin karantinin uzadılması ilə bağlı iradını yayımlayaraq fikirlərini bölüşüb.
İfaçı bildirib ki, yay günlərində evdə oturmaq çətindir: “Xahiş edirəm, ey bizim ölkənin həkimləri: Birlik göstərmək vaxtıdır. Yığışın bir yerdə bu qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, camaata reseptlərdə vitamin D paylamaq lazım deyil. Camaatı diri-diri öldürmək lazım deyil. Buraxın insanlar Allahın verdiyi halal vitamin D-sini alsınlar günəşdən. Buraxın və nəzarət edin. Baxın, bütün dünya necə karantin edir. Siz də öyrənin. Allahım, sən özün bizə kömək ol. Ay yarımımız qaldı. Bu payıza sağ-salamat çıxa bilək”.