Mədəni 18.06.2020 14:13

“Anası müğənni olmasını istəməyib…” - VİDEO

“Çox adam evdə çəkiliş istəyir, amma razılaşmıram. Bu dəfə istədim bir xatirə qalsın”.

Rakus.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Gəl, qonaq ol” proqramında deyib.
Müğənni bu dəfə evində çəkiliş edib və ailəsi ilə kamera qarşısına keçib.

Valideynlərinin ayrılmasından söz açan Röya bildirib ki, anası müğənni olmasını istəməyib:

“Anam biləndə ki, mən müğənniliyə başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla mübahisə eləyib dedi ki,  mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən: “Özün tarçı və xanəndə, mən isə ingilis dili müəlliməsi… Bizim ailəmizdən müğənni çıxa bilməz. O kişini (bəstəkar Vaqif Gərayzadə-red.) tanıyırıq? Qızımızı hara aparıb-gətirdiyini bilirik?”. Atam isə cavab verib ki, qızım bir atanın yanına gedib-gəlir. Sən bu işlərə qarışma, artıq mən varam.

Atam mənə ilk dəfə bir az kürəyi açıq paltar aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anam dedi ki, bu paltarı cırmaq lazımdır. Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. 5-6 ildən sonra İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim ki, nə oldu, bəs istəmirdin?”.

Röya “Xalq artisti” fəxri ad almasından danışıb: “Yekəxanalıq, özünü öymək mənlik deyil. Bu adı zəhmətimin qarşılığında almışam. Amma həyatımda heç nə dəyişməyib. Eyni kətan köynəkdə, cins şalvarda yenə də dədəmin qızıyam. Hamı kimi mən də problem yaşayan bir insanam. Allah o insanları seçir, ulduz edir, amma həyatında çox şeylər vermir. Bir az nələrsə verir, onunla da dadını çıxarırıq”.

Müğənni şöhrətin onu dəyişmədiyini deyib: “Ağlamağı sevmirəm. O qədər pisliklər görmüşəm ki… Buna görə insanları sevməyim? Elə mənlə yaşıd adamlar var ki, qoca nənəyə oxşayır. Hərdən deyirlər, ətrafındakılara inanma. Deyirəm, məni sataçaq, gedəcək, başqası gələcək. İnsan dəyişmir, öyrənə-öyrənə böyüyür. Məni nə dəyişə bilər?”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO