Elm və təhsil 19.11.2019 21:44

Ankarada Əhməd bəy Ağaoğluya dair konfrans keçirildi - FOTO

Türkiyənin Ankara Universitetində (AU) ictimai fikir tariximizdə dərin iz qoymuş böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümünə həsr olunan konfrans təşkil olunub.

Rakus.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Universiteti (AU), Azərbaycan Vəkillər Kollegiyası, Anadolu Agentliyi, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) və Beynəlxalq münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil olunan “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzulu konfransda rəsmi şəxslər, tanınmış hüquqşünaslar, diplomatlar, görkəmli alimlər, AU-nun tələbələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin anımı ilə başlanıb. Sonra Azərbaycan və Türkiyənin dövlət himni səsləndirilib.

Məlumat verilib ki, həmişə milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınan Əhməd bəy Ağaoğlunun fəaliyyəti müasirləri tərəfində yüksək dəyərləndirildiyi kimi tədqiqatçı alimlər üçün də maraqla qarşılanıb. Azərbaycanda və Türkiyədə Əhməd bəy Ağaoğlu şəxsiyyətinə daim ehtiram göstərilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması Azərbaycanda tarixi şəxsiyyətlərə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

Rəsmi hissədə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ankara Universitetinin dekanı Məhərrəm Özən, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit, Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu çıxış ediblər.

Çıxışlarda Əhməd bəy Ağaoğlunun zəngin mənalı həyatından, Azərbaycan və Türkiyədəki faydalı işlərindən, həyata keçirilən təşəbbüslərinin tarixi əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyə Cümhuriyyətinin qurulmasında özünəməxsus yeri və rolu olan Əhməd bəy Ağaoğlunun ideyaları və təşəbbüs göstərdiyi məsələlər dövlətçilik tarixlərimizdə silinməz izlər buraxıb.

Anadolu Agentliyinin Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti haqqında hazırladığı filmin nümayişindən sonra konfransın panel hissəsi olub. Professorlar-Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Əli Birinci, AU-nun dosenti Cavid Abdullahzadə mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, Əhməd bəy Ağaoğlu həm Cümhuriyyət dövründə Azərbaycanda, həm də Türkiyədə geniş ictimai və elmi fəaliyyəti ilə ölkələrimizin və xalqlarımızın milli varlığının formalaşmasına və qorunmasına əvəzolunmaz təsir göstərib. O, ömrünün əsas hissəsini türk xalqlarının milli azadlıq hərəkatına və mədəni yüksəlişinə həsr edərək qardaş ölkənin dövlətçilik tarixində misilsiz xidmətlər göstərərərk yazdığı dəyərli əsərləri ilə bu gün də aktual olan məsələlərin çözülməsinə töhfələr verib. Mütəfəkkirin işıqlı həyat yolundan danışan alimlər bildiriblər ki, Əhməd bəy Ağaoğlu milli mücadilənin bütün istiqamətlərində fəaliyyət göstərib, bir alim, hüquqşünas və millət fədaisi olaraq həmişə təşəbbüskarlığı və fəallığı ilə seçilib.

XƏBƏR LENTİ
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS