Elm və təhsil 01.12.2021 11:00

Ardanış məktəbi – 100 – Təntənəli yubiley mərasimindən REPORTAJ - FOTO

Bu il noyabrın 30-da Bakıda – “Şahənşah” şadlıq sarayında  Ardanış kənd orta məktəbinin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Vətən uğrunda canlarını fəda etmiş Ardanış kənd orta məktəbinin yetirmələri ilə yanaşı, cəmi şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

1921-ci ilin sentyabr ayının 1-də Göyçə mahalı Ardanış kəndində ilk dördillik məktəb yaradılıb. Yaradıldığı gündən bu məktəb təhsil sitemində minlərlə ziyalılar yetişdirib. Bunu nəzərə alaraq bir qrup ziyalı tərəfindən məktəbin 100 illik yubileyinin keçirilməsi qərara alınıb. Tədbirin hazırlanması və keçirilməsi üçün 25 nəfərdən ibarət Təşkilat Komirəsi yaradılıb. Təşkilat Komitəsi bir neçə dəfə toplanaraq görüşün keçirilməsi məsələsini detallarına kimi müzakirə edib və görüşün noyabrın 30-da “Şahənşah” şadlıq sarayında keçirilməsini qərara alıb.

Beləliklə, pandemiya qaydalarına uyğun olaraq 150 nəfər kənd müəllimləri, ziyalılar və qonaqların iştirakı ilə mərasim təşkil olunub.

Ev sahibi kimi iş adamı Rəşid Süleymanov qonaqları salamlayıb.

Sonra yazıçı-şair Vaqif Kərimov tədbirin rəsmi açılışını elan edib.

Təşkilat Komitəsinin üzvü  Vüqar Abduyevin “Ardanış orta məktəbinin yaranma tarixi, fəaliyyəti və uğurları” adlı məruzəsi dinlənilib.

Məruzənin tam mətni belədir:

– Hörmətli qonaqlar və Ardanış məktəbinin əziz yetirmələri!

Sizlərin hər birinizi bu əlamətdar və tarixi hadisə – Ardanış məktəbinin 100 illik yubileyi münasibəti ilə təbrik edirəm!

Bu gözəl tədbirdə Ardanış məktəbinin keçdiyi tarixi yoldan və bu günündən bəhs etmək mənim üçün qürurvericidir. Səylə çalışmışam ki, bu tarixi yolu tam işıqlandıra bilim. Siz bildiyiniz hər hansı bir məlumatın mənim çıxışımda əksini tapmamasını ümid edirəm ki, uzun müddət Ardanış məktəbindən aralı düşdüyümüz zamanın ayağına yazacaqsınız.

Gəlin bir az əvvəlki dövrlərə qayıdaq.Yəqin heç biriniz inkar etməzsiniz ki, Yer üzündə hələ ilk insan nəsli yarandığı vaxtdan həyatda uğur və qələbələr biliklərin əsasında əldə edilən bacarıq və vərdişlər sayəsində qazanılmışdır.

Göyçə hövzəsində eramızdan əvvələ aid “ Kələqıran “ kitabəsinin tapılması, Alban məbədlərindəki rast gəlinən yazıları burada yaşayan türklərin ta qədimdən biliklərə sahib olmağa çalışdıqlarını göstərir.

Zaman keçdikcə, həyati tələbatların çoxalması ilə əlaqədar öyrənməyə meyil və maraq xeyli güclənmiş, bu da, öz növbəsində, ətraf aləmə aid biliklərin daha sistemli şəkildə öyrənilməsi zərurətini yaratmışdır.

İctimai-siyasi və sosial-iqtisadi quruluşlarından asılı olmayaraq, bilik bütün cəmiyyətlərdə zəruri ehtiyac kimi qəbul edilmişdir.

XIX əsrin ortalarına qədər regionumuzda orta puhani məktəbləri-mədrəsələr fəaliyyət göstərmiş, burada Quran, ilahiyyat, fəlsəfə, tarix, təbabət, corafiya, hesab, astronomiya, ərəb və fars dili tədris olunmuşdur.

Tarixi keçmişimizin təhsillə baglı səhifələrini vərəqlədikcə sonrakı dövrlərdə, xüsusilə XIX-XX əsrlərdə bu sahədə irəliləyişlərin xeyli gücləndiyinin şahidi oluruq.

XIX əsrin ikinci yarısından etibarən yaşadığımız regionda vüsət almış maarifçilik hərəkatı ənənəvi tədris müəssisələri ilə yanaşı, müasir dünyəvi məktəblərin təşkili prosesinə təkan vermişdir.

Bu cür ilk məktəblərdən biri Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin ilk müəllimlik fəaliyyətinə başladığı, 1881-ci ildə bünövrəsi qoyulmuş İrəvan mahalındakı Uluxanlı məktəbi olmuşdur. Dini təhsil almış Ardanışlı Axund Rəhim də o illərdə Uluxanlı məktəbində şəriət dərsi demişdir.

Axund Rəhim oğlu Ələşrəfin dini təhsil almasına yardımçı olmuş, Ələşrəf 1912-ci ildə İrəvan quberniya ruhanilər məktəbində imtahan verib müəllimlik şəhadətnaməsi də almışdı.

Çar Rusiyasının son illərində az da olsa ucqar reğionların inkişafına fikir verilməyə başlanmışdı. Bizim qəzanın müsəlman kəndlərində, o cümlədən Çaykənddə dünyəvi təhsil verən rus-tatar məktəbi, Ardanış, Toğulca, Ağbulaq və Cil kimi kəndlərdə isə birillik mollaxanalar açılmışdı.

Lakin, 1919-cu ilin əvvəllərində Andronikin quldur dəstələri Ardanış kəndinə soxulmuş, kəndi talayıb dağıdaraq əhalinin bir qismini vəhşicəsinə öldürmüşdü. Sağ qalanlar isə Azərbaycana pənah aparmışdılar.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ilin qışında kəndçilərimiz öz doğma torpaqlarına qayıda bilməmiş, yalnız 1921-ci ilin yazında kəndə qayıtmaq imkanları olmuşdur. 1921-ci ildə də Axund Ələşrəf tərəfindən Ardanışda ilk dəfə dördillik məktəb açılmışdır.

Sovet hakimiyyəti qurulduqdan cəmi 10 il sonra İttifaq miqyasında ibtidai təhsilin artıq icbari edilməsi, Sovet təhsil konsepsiyasına əsasən 1935-1958-ci illərdə yeddiillik, 1959-1966-cı illərdə səkkizillik, sonrakı dövrlərdə isə orta təhsilin icbariliyinin həyata keçirilməsi, o vaxtlar şübhəsiz böyük uğur sayılırdı.

Əhalinin savadsızlığının tədricən aradan qaldırılması, təhsilin pulsuz olması, kütləvi xarakter alması və təhsilin dünyəviliyinin təmin olunması da məhz sovet dönəmi ilə bağlıdır.

ARDANIŞIN təhsil səhəsində keçdiyi 100 illik yolu, keçmışini və bu gününü təhlil edərkən ilk öncə təhsilimizin tarixinə yuxarıda qeyd etdiyim konteksdən nəzər saldım.Belə ki, Ardanışın təhsil tarixini mərhələlərə bölməklə müxtəlif zamanlarda hansı işlərin görülməsi və görülən bu işlərin təhsilimizin durumunda nə dərəcə-də rolu olmasını daha aydın görə bilirik.

Ardanış məktəbinin bir əsrlik tarixini mərhələ olaraq təxmini üç qərinədən ibarət hesab edə bilərik:

I qərinəlik mərhələyə aid etdiyimiz – 1921-1957-ci illər Ardanış məktəbinin dördillik, yeddiillik və səkkizillik təhsil dövrünü əhatə edir:

Fəaliyyətinə dördillik təhsil verən tədris ocağı kimi başlayan ilk Ardanış məktəbinin direktoru Axund Ələşrəf idi. O həm də fənn dərslərini tədris edirdi. Mədrəsə təhsili almış, bir çox dilləri bilən və ətraf kəndlərdə də müəllimlik edən Kərəm Kəlvayı İsaq oğlu Həsənzadə və ərəb əlifbası ilə yazıb oxumağı bilən İsmayıl Məşədi Kərim oğlu Kazımov da digər fənnlərdən dərs deyirdilər. Bu müəllimlər dövrünün savadlı və uzaqgörən adamları idilər və kadr çatışmazlığı olan bir dövrdə onların Ardanış məktəbində müəllim kimi xidmətləri danılmaz olmuşdur.

Sovet hakimiyyətinin ilk illərində Ardanışda təhsil sahəsində müxtəlif çətinliklər, məktəbin, dərsliklərin, təhsil proqramların olmaması kimi problemlər yaşansa da, işlərin icrası ardıcıl şəkildə aparıldı və təhsildə müəyyən irəlləyişlər əldə edildi.

Çox keçmədən Ardanış dördillik məktəbi yeddillik məktəbə çevrildi və 1938-ci ilədək yeddillik təhsil verən tədris ocağı oldu. Həmin vaxtlar kənddə məktəb binası olmadığı üçün sinif otaqları müxtəlif kənd sakinlərinin evlərində yerləşdirilmişdi. O dövrdə müəllimlər təbaşir və yazı taxtası olmadığından qara hislə boyanmış divarda ağ yumşaq daş və ya qurudla yazırmışlar.

1918-ci ildə Qori Seminariyasının Azərbaycan şöbəsi Qazağa köçürüldükdən sonra Qazax Müəllimlər Seminariyası yaradıldı. Ardanışda ilk məktəbə gedənlərdən Xaliq Tanrıverdi oğlu Verdiyev və Ələkbər Kazım oğlu Həsənli də 1927-1928-ci illərdə həmin seminariyanı bitirənlər arasında olmuş, Ardanış kəndində dünyəvi təhsil sahəsində ilk diplomu onlar almışdırlar. Onların hər ikisi sonradan Ardanış məktəbinin direktoru işləmiş və Ardanışda təhsilin inkişafında mühüm xidmətləri olan şəxsiyyətlər olmuşdurlar. Müharibəyə çağırılanadək Xaliq Verdiyev Krasnoselo (Cəmbərək) rayon Xalq məhkəməsinin sədri vəzifəsində işləmiş, Ələkbər Həsənli Basarkeçər rayon Xalq Maarif şöbəsinin rəisi olmuşdur. Məktəbin şagirdlərindən Quliyev Yusif Məhəmməd oğlu 1927-34-cü illərdə Krasnoselo rayon Hərbi komissarı, Bayramov Məhəmməd Həsən oğlu isə 1937-41 –ci illərdə Krasnoselo rayonununun pkoruroru vəzifəsində çalışmışdırlar.

O illərdə Hüseynov Əsgər Məhəmməd oğlu, 1938-ci ilə qədər pedoqoji sahədə təhsil alan, İrəvan Türk Pedoqoji Texnikumunu bitirmiş Alıyev Vəli Əsgər oğlu, Əhmədov Hətəm Məhərrəm oğlu, Mustafayev Hüseyn Məhərrəm oğlu, Hüseynov Yunis Rüstəm oğlu və digərləri də Ardanış məktəbində müəllim işləmişdirlər. Gülüzü Verdiyeva “ Savadsızlığın ləğvi kursları”nda dərs deyirdi.

1938-ci ildə Ardanışda kolxozçuların əməyi ilə 7 otaqdan ibarət ayrıca məktəb binası tikilib. Həmin ildə yeddillik məktəb səkkizillik məktəbə çevirilib və 1941-ci ilədək fəaliyyət göstərib. Böyük Vətən Müharibəsi başlayanda müəllimlərin və şagirdlərin cəbhəyə getməsi ilə əlaqədar Ardanış məktəbi yenə də yeddillik təhsil sisteminə qayıtmalı olur və bu hal 1950-ci ilədək davam edir. 1950-ci ildə yenidən 8 illik təhsilə qayıdılır. Bir faktı qeyd etmək yerinə düşərdi ki, Ardanışdan BVM-nə çağırılmış 260 nəfərdən çox insanın 1/3-i Ardanış məktəbinin müəllim və şagirdləri olmuşdu.

Müharibə ilə əlaqədar müəllim çatışmazlığı ilə üzləşən Ardanış məktəbi Ələkbər Həsənlinin tövsiyyəsi ilə 1942-ci ildə 8 illik təhsil almış öz şagirdlərini-Məhəmmədəli İsmayıl oğlu Kərimovu və Əli Ələşrəf oğlu Axundovu müəllim kimi işə qəbul edir. 1941-ci ildən sonra Əliyev Kazım, Əliyev İslam, Paşayev Əhməd də da müəllimliyə başlayırlar.Sonradan onlar da pedoqoji sahədə əlavə təhsil alırlar. Bundan əlavə 1943-cü ildə qadın şagirdlərdən Xuraman Kəlvayı Hüseyn qızı Hüseynova və Tükəz Ramazan qızı Hüseynova da müəllimliyə cəlb edilirlər.

Müharibə bitdikdən sonra cəbhədən sağ qayıdan müəllimlər – Ələsgərov Səməd Musa oğlu, Alıyev Məhəmməd Əsgər oğlu , Əhmədov Babamir İsmayıl oğlu,Əliyev İsmayıl Vəli oğlu, Həsənov Oruc İsmayıl oğlu, Məmmədov İsmayıl Qorçu oğlu, Hüseynov Hüseyn Aslan oğlu, Abduyev Vəli Ələs oğlu Ardanış məktəbinə dönürlər. Müharibədən sonrakı dövrdə Ardanış məktəbinin müəllimlərinin sıralarına İrəvan Türk Pedoqoji Texnikumunu və sonradan Xanlar Pedoqoji Texnikumunu, Qazax Pedoqoji məktəbini, Bakı Kitabxanaçılıq Texnikumunu bitirmiş bir çox müəllimlər- İbrahimov İmamverdi Abdulla oğlu, Bağırov Bağır Məhəmməd oğlu, Hüseynov Rəhim Məhəmməd oğlu, Hacıyev Hacı Abbasəli oğlu, Qurbanov Şükür Abbas oğlu, İsmayılov Qəşəm Məhəmməd oğlu, Hümbətov Zülfüqar Abbasəli oğlu, Hümbətov Tahir İsrafil oğlu, Quliyev Abbasqulu Ayvaz oğlu kimi müəllimlər də qoşulurlar. Bu müəllimlərin bir çoxu təhsillərini davam etdirərək müxtəlif universitet və institutları bitirirlər. Ardanış məktəbinin sıraları həm də birbaşa universitet və institutları bitirən- Əli-Haqverdi-Nuru Bayram oğlu Verdiyevlər, Həsənov Mikayıl İsmayıl oğlu, Kamil Qorçu oğlu Hacıyev, Abbasəli İsmayıl oğlu Kərimov, Pəşid Ələs oğlu Əliyev kimi müəllimlərlə daha da zənginləşir.

Pedaqoji hazırlığına və biliklərinə söz ola bilməyən, böyük pedoqoji təcrübəyə malik bu müəllimlərin sayəsində o vaxtdan Ardanış məktəbində geniş dünyagörüşünə malik gənclər yetişməyə başladı.

II qərinəlik mərhələyə aid etdiyimiz -1958-1988-ci illərə bir ili onbirillik olmaqla, onillik təhsil dövrü aid oldu. Bu dövrü Ardanış məktəbinin qızıl dövrü də adlandıra bilərik.

1958-ci ildə onillik təhsil verəcək 800 yerlik, hündür zirzəmili, ikimərtəbəli şəkildə gördüyünüz yeni məktəb binasının tikilib istifadəyə verilməsi – bir qismi 10 illik təhsillərini tamamlamaq üçün qonşu kəndlərə üz tutan şagirdlər üçün sevindirici, kənd üçün əlamətdar hadisəyə çevrildi. 1964-cü ildə onbirillik təhsil üzrə məktıbin ilk buraxılışı oldu.

Ardanış kəndi mərkəzində yerləşən, 1938-ci ildə tikilmiş köhnə məktəb binası isə XX əsrin 60-cı illərindən sonra orta təhsilini tamamlamaq üçün qonşu – Cil, Pəmbək, Dərə, Babacan, Şorca, Ağbulaq, Sətənağac, və s. kimi 9 kənddən Ardanəş məktəbinə gələn şagirdlər üçün “internat” adlanan yataqxana binası olaraq istifadə edildi.

Əhməd Paşayev 1959-cu ildə Ardanış kənd orta məktəbinin ilk direktoru təyin olundu. Sonradan onu bu vəzifədə 1963-1966-cı illərdə Kazım Əliyev, 1967-1972-ci illərdə Əli Axundov, 1973-1987-ci illərdə Hacı Hacıyev və 1987-88-ci ildə isə Haqverdi Əliyev əvəz etdilər.

Hazırda Bakı şəhərinin bir sıra məktəblərini çıxmaq şərtilə Azərbaycanımızın digər məktəblərinin həsəd aparacağı Yeni məktəbimizin kimya, fizika, biologiya laboratoriyaları, hərbi hazırlıq kabineti yüksək səviyyəli idman zalı və məktəb radio qovşağı, bütün fənlər üzrə əyani vəsaitlər, onlarla dəzgahı olan (tokar, xarrat və s.) emalatxanası, 600 oxuyucusu, 3700 adda kitabı olan böyük kitabxanası, filmotekası, “Məktəblilərin Turizm klubu”, müxtəlif sinifləri əhatə edən 3-ü riyaziyyat olmaqla, kimya, ədəbiyyat, biologiya, fizika və s. fənn dərnəkləri, ən əsası isə peşəkar və savadlı müəllimləri var idi.

Onların rəhbərliyi altında bu illərdə Ardanış məktəbini 1500-dən artıq şagird mişdir. Bəzi maneələri nəzərə almasaq onların 2/3-dən çox hissəsi ali və orta-ixtisas məktəblərinə qəbul olunmuşdurlar. Məktəbimiz həm də istehsalat təlimi verən təhsil müəssisəsi idi. Təhsildə zəif oxuyan şagirdlər texniki peşə məktəblərində təhsil almadan dülgər, mexanizator və s.peşələrə yiyələnərək bu barədə şəhadətnamə alırdılar. Ardanışlılar 2026 nüsxə müxtəlif adda qəzet və jurnallara abunəçi idilər, sifarişlə İttifaqın müxtəlif şəhərlərində nəşr olunmuş elmi ədəbiyyatı poçt vasitəsilə əldə edirdilər.

Bu illərdə Ardanış məktəbinin şöhrəti hər yana yayılmış, məktəbi iki nəfər qızıl, üç nəfər gümüş medalla bitirmiş, yüzlərlə məzun müxtəlif fənlər üzrə, ən azı 2 fəndən “Fərqlənmə şəhadətnaməsi” almışdır. Məktəbin şagirdləri rayonda və İrəvan şəhərində təşkil olunan müsabiqə və olimpiadalarda yüksək nailiyyətlər qazanmışdır. 1977-78-ci tədris ilində Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində 25 nəfərlik qrupun tələbələrindən 5 nəfəri, Azərbaycan Pedoqoji İnstitutunun copafiya fakültəsində qrupun tələbələrindən 3 nəfəri Ardanış məktəbində riyaziyyatı tədris etdiyi sinfin məzunları olmuşdur. Müxtəlif illər üzrə belə faktları çox sadalamaq olar.

Bu faktlar müəllimlərin peşəkarlığının, həm də valideynlərin təhsilə önəm vermələrinin bariz nümunəsi olmuşdu. Təhsil sahəsində xidmətlərinə görə məktəbinin müəllimlərindən Ələkbər Həsənli və Kazım Əliyevə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Əli Verdiyev və baş müəllim Məhərrəm Hacıyev daim Azərbaycan Pedaqoji İnstitutunun İrəvan filialında keçirilən qəbul imtahanlarının aparılmasına cəlb olunmuşdular.

Bakıda ali təhsil alan Ardanışlı müəllimlərin sayı artdıqca kənddə təhsilin səviyyəsi daha da yüksəlmişdi. Bu illərdə Ardanış məktəbində məktəbin öz yetirmələri olan 100-ə yaxın müəllim çalışmışdır. Hər tədris ilində isə 60 nəfər müəllim müxtəlif fənlərdən dərs deyirdi ki, bu müəllimlərin ¼-i qadın müəllimlər təşkil edirdi. Bəzən elə olurdu ki, qonşu kəndlərin bir neçə müəllimi də Ardanışda dərs deyirdi. Ardanəş məktəbinin məzunlarından Moskva daxil olmaqla İttifaqın və Azərbaycanın ali və orta-ixtisas məktəblərində təhsil alanların sayı xeyli çox olduğundan onlar Azərbaycanın demək olar ki, hər bir rayonunda, eləcə də Ermənistanın bəzi rayonlarında fəaliyyət göstərirdilər.

Ardanış məktəbi Azərbaycan elminə, incəsənətinə, iqtisadiyyatın müxtəlif sahələrinə, dövlət qulluğuna tövhə verən bir çoxlarının ilk təhsil bazası olmuşdur. Bu dövrdəki müəllimlərin və məzunların hər biri haqqında ayrıca danışmaq üçün saatlarla vaxt tələb olunduğundan, onlar inciməzlər ki, ancaq statistik göstəriciləri qeyd edirik. Məktəb müəllimlərinin tələbkarlığı, məzunların öz bacarıq, çalışqanlıq və səyləri sahəsində

– 6 elm sahəsi üzrə 8 elmlər doktoru yetişdi,

– 15 elm sahəsi üzrə 30 elmlər namidi elmi dərəcəsinə layiq görülən oldu,

– 1 nəfər Azərbaycan, 1-nəfər Ermənistan SSR Ali Sovetinə deputat seçildi, 1-nəfər Milli Məclisdə millət vəkili oldu.

– 1 nəfər İcra Başçısı,

– 1 nəfər əməkdar jurnalist,

– 4 nəfər Bakı şəhərinin müxtəlif rayonlarının, 50 nəfərdən artıq Krasnoselo rayon Sovetinin deputatı oldu.

– 50 nəfərdən artıq məzun Krasnoselo rayonunda raykom katibi, prokuror, məhkəmə sədri, hərbi komissar daxil olmaqla müxtəlif məsul vəzifələrdə çalışdılar.

– Son onilliklərdə Ardanış sovxozunun təsərrüfat rəhbərləri və digər vəzifəlilərinin hamısı məktəbin yetirmələri olmuşdur.

– 40 nəfərdən artıq məzun İttifaqın və Azərbaycanın müxtəlif Ali məktəb və texnikumlarında müəllim kimi çalışdı,

– 2 nəfər Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri, 1-nəfər birinci dərəcəli müşavir diplomatik rütbəsinə layiq görüldü.

– 1-i Bələdiyyə sədri olmaqla, 30-dan çox məzunu Dövlət qulluğunun müxtəlif vəzifələrində,

– 50-dən şox məzunu iqtisadiyyatın müxtəlif sahələrində- trest müdiri, direktor, Baş mühəndis, sahə rəisi, və s. olmaqla müxtəlif vəzifələrdə,

– 70-dən çox məzunu özəl sektorda kiçik, orta və böyük sahibkar kimi,

– 15 nəfərdən çoxu Səhiyyə sistemində Cərrah, pediator,ortaped,hərbi həkim, diş həkimi və s. kimi,

– 5 nəfər orta ixtisas təhsilli tibb işçisi kimi çalışdı, – 5 nəfər rəssam,

– 1 nəfər partiya sədrinin müavini oldu,

– 15 nəfərdən çox şəxs- İdman sahəsində müxtəlif növlərdə dünya, SSRİ, Avropa çempionu, Dünya kubokunun sahibi, spartakiada çempionu kimi yetişmişdir. Bu nəaliyyətlərin əldə edilməsində məktəbin idman müəllimləri Mikayıl Həsənovun və Əli Abduyevin əməyi nəzərəçarpacaq qədərdir.

– 30 nəfərdən çox Hüquq-mühafizə orqanlarında: 3 məhkəmə sədri, 3 payon prokuroru, 2 Polis rəisi, 1 Polis generalı, MTN əməkdaşı və s.,

– 35-dən çox hərbi qulluqçu: 1 general, Hərbi hissə komandiri və s. olmaqla müxtəlif rütbəli və vəzifəli əməkdaşlar yetişmişdir.

– 3 nəfər Əfqənistan müharibəsi iştirakçısı,

– 4 nəfər Çernobol AES- qəzasının aradan qaldırılmasında iştirak etmişdir.

– Ardanış məktəbini bitirmiş qonşu kəndlərdən olan məzunlarin bir çoxu da həyatda yüksək nəaliyyətlər əldə etmiş insanlar olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlılara qarşı erməni yaraqlıları tərəfindən aparılan etnik təmizləmə siyasəti 1988-сi ildə

III qərinəlik mərhələyə aid etdiyimiz 1988-ci ildən 2021-ci ilədək olan dövr Ardanış məktəbinin qaçqınlıq dövrünə aid illərdir. Ardanış məktəbi bu dövrdə fəaliyyət göstərməsə də bu məktəbi bitirmiş məzunların övladları Ardanış məktəbinin oturuşmuş ənənələrini yaşatdılar. Bəlkə də sələflərindən daha da irəli gedənlər oldu. Onların bir çoxu Avropanın və dünyanın başqa ölkələrinin ali təhsil məktəblərində təhsil aldılar. Odur ki, dünyanın hər yerində Ardanış məktəbinin məzunlarına rast gəlmək mümkündür.

1988-ci ildə Ardanış məktəbinin birinci sinfini bitirmiş şagirdlər 1997-ci ildə məskunlaşdıqları Azərbaycan Recpublikasının müxtəlif rayonlarında və başqa Respublikaların şəhərlərində təhsillərini başa vurdular. Bu məzunlar arasında da qızıl və gümüş medala layiq görülənlər və onlarla “Fərqlənmə şəhadətnaməsi” alanlar oldu.

– 1 nəfər məzun 1990-cı ilin “ 20 Yanvar ” qətlanımda şəhid oldu,

– 61 nəfər məzun 1992-94-cü illər I Qarabağ müharibəsində iştirak etmiş, Onlardan 8 nəfəri: tibb bacısı Orucova Rahilə Əli qızı, leytenant Əliyev Hidayət Məcid oğlu, Əsgərov Niyazi İsabala oğlu, Hacıyev İlham Qalıqverdi oğlu, İbrahimov Ədalət Tanrıverdi oğlu, Süleymanov Fəxrəddin Kamil oğlu, Abdullayev İsmixan Yunis oğlu və Hüseynov Arif Qasım oğlu şəhidlik məqamına yüksəlmiş,

8 nəfər qazi olmuş, 2 nəfər həkim kimi çalışmış, 1-nəfər “Azərbaycan Bayrağı” ordeni, 1-nəfər “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Yetirmələri bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında yaxından iştirak edən və müstəqil Azərbaycanın çiçəklənməsi naminə töhfələr verən Ardanış məktəbi Azərbaycan təhsili tarixinə də bir çox parlaq səhifələr yazmışdır. Bu illərdə

1 nəfər “Lenin” ordeni

2 nəfər “Əməkdar müəllim “,

1 nəfər “Əməkdar mədəniyyət işçisi “,

1 nəfər “ Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görüldü .

2 nəfər “Tərəqqi” medalı ilə təltif edildi.

1 nəfər Respublika əhəmiyyətli Fondun müdir müavini təyin edildi.

2 nəfər Ali məktəbə qəbul imtahanlarında maksimum bal olan 700 bal topladılar,

Yüzlərlə məzun Ali məktəbə qəbul imtahanlarında 500-700 arası bal topladı.

Çoxlu sayda şairlər, Yazıçılar və Aşıqlar Birliyinin üzvləri yetişdi.

48 məzun və ya Ardanış kökənli insanlar 2020-ci ilin 44 günlük Vətən müharibəsində iştirak etmiş, Onlardan 3 nəfəri: kapitan Hüseynov Türkay Nizami oğlu, əsgər Vəliyev Oruc Ramiz oğlu və jurnalist İbrahimov Məhərrəm Əli oğlu şəhidlik məqamına yüksəlmiş, 1 nəfər qazi olmuş, 25 nəfər 2 və daha artıq orden medallarla təltif edilmiş, 2 nəfər həkim kimi çalışmış, 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 1 nəfər “ 3-cü dərəcəli RƏŞADƏT” ordeni, 1 nəfər 3-cü dərəcəli ” Vətənə xidmətə görə ” ordeni, 1 nəfər “ İgidliyə görə” medalı, 1 nəfər “Vətən uğrunda” medalı, 1 nəfər “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Hər iki müharibənin şəhidlərinin adları dövlətimiz tərəfindən əbədiləşdirilmişdir.

Bu illərdə nə qədər Ardanış məktəbindən uzaqda olsaq da, mənfur ermənilər oxuduğumuz məktəbi söküb dağıtslar da, biz şagirdləri heç zaman onu unutmadıq, təhsilimizə, məktəbimizə bağlı qaldıq, övladlarımıza Ardanış məktəbinin möhtəşəmliyindən söhbət açdıq. Onların və övladlarının nə zamansa mütləq Ardanış məktəbində oxuyacaqlarına inanmalarını aşıladıq. II Qarabağ müharibəsindəki qələbəmiz bu inamı daha da artırdı. Bildik ki, O gün mütləq gələcəkdir.

Biz daim buna ümüd edərək yaşadıq. Ümidsə bildiyiniz kimi ən axırda ölür.

xxx

Müəllimlərimiz adından Mikayıl Həsənov, Məhəmmədəli Quliyev, Qədim Nəbiyev, Türmən Abbasov, Froza Vəliyeva, Rəşid Əhmədov, Sahib Əhmədov, Tanrıverdi İsmayılov, eləcə də bu məktəbin məzunları jurnalist Əsgər İbrahimov, hərbçi Heydər Xudayev, həkim Telman Məhərrəmov və digərləri çıxış edərək xoş təssüratlarından danışıblar.

Təşkilat Komitəsi tərəfindən bütün müəllimləri təşəkkürnamələrlə və hədiyyələrlə təltif edilib.

Tədbirdə qonaq kimi iştirak edən və nə vaxtsa 9-10-cu sinifləri Ardanış məktəbində oxuyan qonaqlardan ADU-nun professoru Tahir İbrahimov, Niftalı Göyçəli, ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru və filologiya fakültəsinin dekanı Mahirə Nağı qızı Hüseynova, ADPU-nin Pedaqoji fakultəsinin dekanı, professor Fərrux Rüstəmov, müxtəlif illərdə bu məktəbin məzunlarından Tanrıverdi Paşayev, Aqil Kərimov, Səməd Axundov, Fəxrəddin Hacızadə, Məhəmməd Kərimov, Hümbət Hüseynov, Bayraməli Qurbanov və başqaları çıxış edərək məktəb haqqında öz xatirələrini bölüşdülər. 1-ci Qarabağ savaşında və 44 günlük müharıbədə iştirak edən bir qrup gəncimiz təşəkkürnamə ilə təlrif olunub.

ASKEF-in (Avrasiya sanat kültür edebiyyat federesyonu) Ardanış bölməsi yaradılıb və Cənubi Qafqaz bölgəsinin başqanı Sona Abbasəliqızı Əli Vəliyevi Ardanəş bölməsinin təmsilçisi elan edib.

Ardanış kəndindəki yazarlara və yazarların kitablarının çap edilməsində, Ardanış kəndinə dair kitabların, məqalələrin çap edilməsində iştirakı olanlara ASKEF-in təşəkkürnaməsi təqdim edilib.

Ardanış aşıqlarından Əməkdar mədəniyyət işçisi Bəhmən Kazımovun, İmran Xəlilovun, Azərbaycan Dövlət Konservatoriyanın 1-ci kurs tələbəsi Vaqif Vəliyevin mahnıları, kanonda dəfələrlə beynəlxalq musiqi festifalının laureantı Jalə Həsənzadənin ifası, 2-ci sinif şagirdi Aylin Kazımovun Ardanış haqqında şeri alqışlarla qarşılanıb.

Sonda tədbir iştirakçılarına Ardanış orta məktəbi adından xatirə hədiyyələri təqdim olunub.

XƏBƏR LENTİ
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO
Siyasi / 26.01.2024 16:27
AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli
Təhlil / 26.01.2024 16:06
Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Maraqlı, Sosial / 26.01.2024 13:57
“Bir gün Zəngəzurda görüşəcəyik…” – Səməni Qəmbərovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov