Məşhur müğənni Ariana Qrande sosial şəbəkədə “My Everything” mahnısının karantin versiyasını paylaşıb.
Rakus.az xəbər verir ki, mahnını öz evində – karantin günlərində ifa edən müğənniyə prodüser Tommi Braun yardım edib.
“Tommi və mən sizinlə virtual sevgimizi paylaşırıq. Ümid edirəm ki, siz sağlamsınız, şüurlusunuz və maksimum dərəcədə yaradıcılıqla məşğulsunuz”, – mahnının yeni versiyasını təqdim edən müğənni bildirib.