İdman 31.07.2019 18:59

“Arsenal” Bakıya vaxt itirməyə gəlməyib – Roberto Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Tula “Arsenal”ı ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Rakus.az xəbər verir ki, əvvəlcə sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– İlk oyundan fərqli, bizə daha çətin olacaq. Sabah “Arsenal” dəyişikliklər etməyə, nəticəyə təsir göstərməyə çalışacaq. Rəqib güclü komandadır. Onlar ilk görüşdə də bunu nümayiş etdirdi. Geri çəkilmədilər və güclü olduqlarını göstərdilər. Bu üzdən də bizi çox çətin oyun gözləyir. Diqqətli olmalıyıq, sona qədər konsentrasiyanı itirmək olmaz”.

– “Arsenal”ın İngiltərə yox, Rusiya təmsilçisi olduğunu və rəqibin avrokuboklarda debüt etdiyini nəzərə alsaq, “Neftçi”nin şansının daha yüksək olduğunu düşünmək olarmı?

– Bu iki komandanı müqayisə etməzdim. Hər klubun özəllikləri var. Tula “Arsenal”ı da güclü komandadır. Bunu ilk görüşdə göstərdilər. Bura vaxt itirməyə yox, gözəl oyun və uğurlu nəticə üçün gəliblər. İlk matçdan sonra cüzi də olsa üstünlüyümüz var. Sabah doğma azarkeşlərimizin önündə oynayacağıq. İlk dəqiqələrdən vuruşmaq lazımdır ki, istədiyimiz nəticəni əldə edə bilək.

– İlk oyunda rəqibi düzgün təhlil etməyiniz nəticəsində 1:0 hesablı qələbə qazandınız. Rəqib sizin mübarizə əzminizi artıq çözüb. Taktiki baxımdan sabah sizdən sürpriz gözləmək olarmı?

– Düzdür, qələbə qazanmışıq və bu, bizə üstünlük verir. Amma düşünmürəm ki, sabah hansısa tərəfdən sürpriz olsun. Sadəcə, mübarizə aparmaq lazımdır ki, istədiyimiz nəticəni qazana bilək. Meydana ilk matçın nəticəsini düşünərək çıxmaq olmaz. Sabah Tuladakı görüşü unudacağıq.

– İlk oyunda Platellası ehtiyatda saxladınız və rəqib bu sürprizinizə hazır deyildi. Sabah onu start heyətində meydanda görə biləcəyikmi?

– Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti müəyyənləşdirib, sabahkı qarşılaşmaya hazırlayacağam. Bir məşqçi üçün ən vacib amillərdən biri də bütün oyunçuların əlinin altında olmasıdır. Bizdə də belə olmasına sevinirik.

– Dabo qarşılaşmaya nə dərəcədə hazırdır?

– Dabo sabah oynayacaq. Düzdü, hələ tam hazır deyil, çünki bərpa prosesini keçir. Bunun sürətli formada keçməsinə sevinirəm. İntensiv məşqlər edir. Hər şey yaxşılığa doğru gedir.

– “Arsenal” avrokuboklarda debüt edir. Siz isə müntəzəm bu turnilərə qatılırsınız. Bu amil sizə üstünlük verirmi?

– Təcrübə hər zaman önəmlidir. İstər daxili çempionatda, istərsə də avrokuboklarda. “Arsenal”ın avrokubok təcrübəsi olmasa belə, biz Premyer Liqa klubuna qarşı çıxış edəcəyik. Rəqibin güclü futbolçuları və məşqçisi var.

(qol.az)

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO