Mədəni 30.01.2024 16:54

Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam

Bu gün Ulu Türkün ozan sənətini yaşadan, Aşıq İsa yadigarı və davamçısı, sənəti ilə Ulu Göyçəmizi ləyaqətlə təmsil edən, ziyalımız, hamımızın sevimlisi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü Aşıq Bəhmən İsa oğlu Kazımovun (Göyçəli) anadan olduğu gündür.
Bəhmən İsa oğlu Kazımov 30 yanvar 1960 – cı ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1967-1977-ci illərdə Ardanış kənd orta məktəbində orta təhsil alıb. 1977-ci ildə V.İ.Lenin adına indiki N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitunun coğrafiya – biologiya fakultəsinə daxil olub. 1982-ci ildən Ağdaş rayonunun Yenicə kənd orta məktəbində coğrafiya, biologiya və musiqi müəllimi, paralel olaraq bu məktəbdə tədris işləri üzrə direktor müavini işləyib.
1984-cü ildə doğma Ardanış kəndində, eləcədə qonşu Sorca kəndində coğrafiya fənnindən dərs deyib. 1985-ci ildə Ardanış kənd orta məktəbində əlavə olaraq biologiya və musiqi fənlərindən dərs keçib. 1986-cı ildə Çəmbərək rayonunda keçrilən ailə musiqi festifalında 1-ci yeri tutaraq İrəvan şəhərində respublika festifalında fəxri diploma layiq görülüb.
1988-ci ildə erməni vandallarının törətdikləri deportasiya nəticəsində Bəhman Kazımov ailə üzvüləri ilə birlikdə Bakı şəhərinə pənah gətirir. 1989-cu ildə rəhmətlik şair Hüseyn Arifin təqdimatı ilə Azərbaycan Aşıqlar Birliyinə qəbul olunub. Aşıq Bəhman ozan-aşıq sənətinə daha önəm verərək 1990-cı ildən müxtəlif festivallarda iştirak etməyə başlayıb.
Azərbaycan Aşıqlar Birliyinin son üç qurultayına nümayəndə seçilib və qurultayda Azərbaycan Aşıqlar Birliyinin Rəyasət Heyətinə üzv seçilib. 2018-ci ildən “Göyçə” saz folklor qrupunun rəhbəri təyin olunub. Hazırda bu qrupun rəhbəridir.
2021-ci ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” adına layiq görülüb. Mədəniyyət Nazirliyinin müxtəlif tədbirlərində və festivallarda fəal iştirakına görə Aşıq Bəhman dəfələrlə diplomlara layiq görülüb. 2022 – ci ildə Dədə Ələsgərin 200 illik yubileyində fəal iştirak etdiyinə görə, “Dədə Ələsgər – 200 ” medalı ilə təltif edilib.
Aşıq Bəhman Kazımovu doğum günü münasibəti ilə təbrik edir, sağlam ömür, sənətində uğurlar arzulayırıq!
Qoşqar Vəli – araşdırmaçı, yazar

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO