Mədəni 06.08.2023 15:50

ASKEF-in Balkan turu – 2-ci yazı - FOTO

Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu (ASKEF) bu il iyulun 14-dən 24-dək Balkan turu təşkil edib.

Turun iştirakçısı Əli Vəliyev və Vüqar Abduyev səfərlə bağlı 2-ci  yazını Rakus.az-a təqdim edib:

Biz iyulun 14-də Türkiyə-Bolqarıstan sərhəddinə çatdıq. Burada maraqlı bir faktı qeyd edim. Türkiyə Cümhuriyyətindən Bolqarıstan Respublikasına keçən hər 5 avtobusdan 4-ü Türkiyə, hər 10 yük maşınlarından 8-i Türkiyə maşınları idi. Bu sayım  Serbiya, Bosniya və Hersoqovina, Monteneqro, Albaniya sərhədlərində də belə idi. Bu isə o demək idi ki, Balkanlarda Osmanlıdan üzü bəri hələ də Türkiyə Cümhuriyyətinin nüfuzu yüksək səviyyədədir. Qabaqcadan onu da yazım ki, Bolqarıstan və Serbiya zaman-zaman Osmanlının hakimiyyəti altında yaşayaraq inkişaf etmələrinə baxmayaraq, türklərə mövqeləri fərqlidir. Əsrlər öncə tikilən cameləri, məscidləri, binaları ya söküb dağitmaqla, ya da tikintidə bəzi dəyişiklik edib adını dəyişdirmklə türkün izini itirməyə çalışsalar da getdiyimiz bütün şəhərlərdə qədim türklərin izi görünür. Bir müqayisə edim: haylar Qərbi Azərbaycanda türk adlarını nə qədər dəyişdirməyə çalışsalar da yenə bizim izimiz orada qaldığı kimi Bolqarıstan və Serbiyada da vəziyyət eyni ilə belədir.

Biz 2 saata yaxınTürkiyə-Bolqarıstan sərhəddini keçdik.Havaların isə isti keçməsi bizi lap əldən salmışdı. Ümumiyyətlə bütün səfər boyunca havanın hərarəti 40-43C dərəcədən aşağı düşmədi. Buna baxmayaraq yol boyu Türkiyənin şimalında və bütün Bolqarıstan, Serbiya, Bosniya və Herseqovinanın düzənliklərində qarğıdalı və günəbaxan sahələrindəki yaşıllıq və sarı çiçəkləri seyr etmək də olduqca maraqlı idi. Yəqin ki, bu sahələrdə yetişən qarğıdalı və günşbaxandan yağ istehsal edirlər.

Biz Bolqarıstanın ikinci böyük şəhəri Plovdivə gəldik. Burada “Chity hotel”-də yerləşdik. Yol bizi yormuşdu və istirahətin yeri vardı. Şam yeməyi, yuyunmaq və yatmaq. Mən bütün mehmanxanalarda Vüqar müəllimlə birgə qalırdım və müxtəlif sərgüzəşlərimiz də olurdu. Bu mehmanxanada tarakanlar qonağımız oldu və biz məcburən onların bir neçəsini öldürüb bir sıraya düzdük.

Mən gəzdiyimiz bütün şəhərlərdə TÜRKÜN izini axtarmağa çalışırdım və Plovdiv şəhərində də maraqlı məlumatlar əldə etdik. Bu şəhərin tarixi çox qədimlərə gedir və bir çox mənbələrdə b.e.ə 7-ci minillikdə salındığı iddia olunur. Şəhər əsasən 7 təpə üzərində yerləşirmiş, bu təpələrdən biri “Markovo-Təpə” 100 il əvvəl dağıdıldığından indi 6 təpə qalmışdır.Bu təpələrin adlarının bəzilərinə nəzər salaq.

1.“Bunardjik” adının mənşəyi çoxlu su mənbələrinə görə osmanlıca “bunar” quyu deməkdir.

2.“Cəndəm Təpə” (Cəhənnəm təpəsi),

3.“Sahat Təpə” (Saat təpəsi), burada yuxarısında saat olan qüllə olduğundan belə adlandırılmışdır.Digər 3 təpə də müxtəlif adlarla adlandırılsa da, hamısında təpə sözü işlənir. Camb-Təpə (ip gəzənlər təpəsi), Tiksim-təpə (suayrıcı təpə), Nebet-təpə (mühafizə təpəsi).

Bu şəhrdə 1363-1364-cü illərdə Osmanlı imperatoru II Muradın inşa etdirdiyi Cumaya (Cümə) məscidi Balkanların ən qədim məscidlərindən sayılır. Məscidin fasadı qədim Bolqar və Bizans memarlığının elementlərini birləşdirir: divarlardakı iki sıra kərpic arasından bir sıra yonulmuş daşları görmək olar. Məscidin binasında qurğuşunla örtülmüş doqquz günbəz var. Binanın şimal-şərq hissəsindən yuxarıda qırmızı kərpicdən ornamental naxışla bəzədilmiş minarə ucalır, içəridə divarlar nəbati motivli rəsmlər və Qurandan ayələr ilə bəzədilmişdir. Bolqarlar nə qədər qədər çalışsalar da, qədim tikililərin əksəriyyətində Osmanlının izi qalmaqdadır.

Gəzintimiz avtobusla olduğundan yolumuz maraqlı olsun deyə avtobusda maraqlı tədbirlər keçirirdik. Mikrofonumuz ilk gün ASKEF başkan yardımçısı Nilgün xanım Seçenin əlində idi və hər birimiz özümüz haqqında məlumatlar verməyə başladıq. Bütün iştirakçılar qısaca tərcümeyi halını danışdı və bu turu təşkil etdiyinə görə ASKEF başkanı Savaş bəy Unala təşəkkürünü bildirdi. ASKEF-in Azərbaycan və Orta Asiya təmsilçisi Sona xanım Abbasəli qızının maraqlı şerlərini Nilgün xanımın dili ilə desək “qocaman, gurultulu alqışlarla qarşılayırdıq. İxtisasca həkim olan Mustafa hocamın maraqlı söhbətləri, Sevda xanım Muradəliyevanın mahnı və şerləri, Vüqar müəllimin duzlu-məzəli çıxışları yolumuzu daha da maraqlı edirdi. Qabaqda hələ maraqlı, sürpriz dolu günlərimiz vardı. Biz günorta saatlarında Bolqarıstan-Serbiya sərhəddinə çatdıq.

Aşağıdakı cədvəldə Balkanlarda gedəcəyimiz ölkələrin adları, ərazisi, əhalisi göstərilmişdir. Oxuculara maraqlı olsun deyə bu cədvəli sizlərə təqdim edirik.

 

Ölkə Balkanlardakı
Ərazisi və nisbəti
Ərazisi (km²) Balkanlardakı əhali Ölkə əhalisi Paytaxt
 Albaniya 28.748 28.748 2.831.741 2.831.741 Tirana
 Bosniya və Herseqovina 51.197 51.197[ 4.613.414 4.613.414 Sarayevo
 Bolqarıstan 110.879 110.879[ 7.351.234 7.351.234 Sofiya
 Monteneqro 13.812 13.812 620.145 620.145 Podqoritsa
 Kosovo 10.887 10.887 1.733.872 1.733.872 Priştina
 Şimali Makedoniya 25.713 25.713 2.052.722 2.052.722 Skopye
 Serbiya 55.965 (% 72,2) 77.474 5.207.777 7.120.666 Belqrad
 Türkiyə 23.726 (% 3) 783.562 10.434.511

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO