Sosial 09.08.2019 14:28

Avqustda yağışlı havanın səbəbi bilindi

Bu gün də daxil olmaqla, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında sentyabrın birinci ongünlüyü üçün səciyyəvi olan hava şəraiti müşahidə edilib.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Atlantik okeanı siklonlarının Qərbi və Şərqi Avropa üzərindən hərəkət edərək ölkəmizə daxil olması nəticəsində havanın temperaturu enib, küləkli və yağışlı hava şəraiti müşahidə edilib.

Mövcud hava şəraitinin avqust ayı üçün səciyyəvi olmadığını deyən M.Həsənov əlavə edib ki, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 28-29 dərəcə isti müşahidə edilir.

Avqust ayında bundan sonra isti günlərin müşahidə edilməcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirən alimin sözlərinə görə, hələlik ölkədə siklon sakitləşməsə də, 2-3 gündən sonra havanın temperaturunun yenidən yüksələcəyi və avqust ayı üçün xatrakterik olan temperaturun müşahidə ediləcəyi ehtimal edilir: “Yaxın 2-3 gündən sonra Bakıda və Abşeron yarımadasında yenidən 30-33 dərəcə istinin olacağı mümkün ola bilər. Ancaq bu, bir ehtimaldır. Çünki qəfil hərəkətə keçən siklonların təsiri altında hava şəraiti dəyişə bilər”.

M.Həsənov Bakıda və Abşeron yarımadasında sonuncu dəfə 2009, 2013-cü illərdə avqustun birinci ongünlüyündə havanın builki kimi sərin keçdiyini – temperaturun təxminən müsbət 28-29 dərəcə olduğunu nəzərə çatdırıb. (Trend)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir