Siyasi 08.07.2025 18:30

“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı Milli Məclisin deputatı Erkin Qədirli olub.

O, İsrail-İran müharibəsi fonunda dünyada, Cənubi Qafqazda baş verən proseslər, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyətlə bağlı verdiyi vədlər, hazırkı dövrdə Azərbaycanın Avropa İttifaqı və  Avropa Komissiyası ilə dialoqun, həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə rəsmi Bakı arasında əlaqələrin bərpası ilə bağlı suallara aydınlıq gətirib.

Onun sözlərinə görə, böyük geosiyasi oyunçular həmişə Cənubi Qafqazda nüfuz uğrunda mübarizə aparıblar: “İsrail və İran həmişə düşmən olmayıblar. Onlar birlikdə sıx əməkdaşlıq ediblər. Donald Tramp ilk prezidentlik dövründə bitirmədikləri işləri davam etdirir. Avropa İttifaqının Azərbaycana hücumları Avropa Parlamentindən gəlir”.

Deputat söyləyib ki, Rusiyada azərbaycanlılara qarşı sərt münasibət başa düşülən deyil və Rusiya vətəndaşları Kremlin öz siyasətinin girovuna çevrilirlər.

E.Qədirli Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfərinə  münasibət bildirib: “Ermənilər anladılar ki, öz təhlükəsizliklərini təmin etməlidirlər. Təhlükəsizliyin təmin edilməsində ən mühüm amil mehriban qonşuluq münasibətləridir. Ermənilər özlərini türk dünyasından uzaqlaşdırmamalıdır”.

Milli Məclisin üzvü bu gün prioritet təşkil edən Qərbi Azərbaycana qayıdış məsələsində parlamentin rolundan söz açıb və vurğulayıb ki, strateji məsələlər həll edildikdən sonra taktiki məsələlərə başlamaq olar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 8-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Граждане России становятся заложниками политики самой России»

Сегодня на Baku TV в рамках проекта Хроника Западного Азербайджана подготовлен очередной выпуск на русском языке.

Гостем ведущей Эллады Сарван стал депутат Милли Меджлиса Эркин Гадирли, сообщает Rakus.az.

Э.Гадирли прояснил вопросы, связанные с процессами, происходящими в мире,  на Южном Кавказе на фоне ирано-израильской войны, обещаниями президента США Дональда Трампа на инаугурации в связи с российско-украинской войной, ситуацией на Ближнем Востоке и Южном Кавказе, с восстановлением диалога Азербайджана с Европейским Союзом и Европейской комиссией, а также отношений между Парламентской ассамблеей Совета Европы (ПАСЕ) и официальным Баку.

По его словам, за влияние на Южном Кавказе всегда боролись большие геополитические игроки: «Израиль и Иран не всегда враждовали. Они тесно сотрудничали. Д.Трамп продолжает делать то, что не доделал в первый президентский срок. Нападки со стороны Евросоюза на Азербайджан происходят от европейского парламента.

Депутат отметил, что жёсткое отношение к азербайджанцам в России непонятно, и граждане России становятся заложниками политики самой России

Э.Гадирли прокомментировал визит премьер-министра Армении Никола Пашиняна в Турцию: «Армяне поняли, что самим нужно обеспечивать свою безопасность. Важнейшим фактором обеспечения безопасности являются добрососедские отношения. Армяне не должны дистанцироваться от тюрксого мира». Депутат Милли Меджлиса отметил роль парламента в вопросе возвращения в Западный Азербайджан, который сегодня является приоритетным, и подчеркнул, что после решения стратегических вопросов можно приступать к тактическим.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 08 июля в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO