İdman 14.05.2020 19:13

Avropada futbolun bərpaolunma tarixləri açıqlanır

Avropa ölkələrində futbol yarışlarının bərpa olunacağı tarixlər tədricən açıqlanır. Portuqaliya və Çexiya çempionatlarının da davam etdiriləcəyi gün artıq elan edilib.

Rakus.az xəbər verir ki, pandemiyaya görə dayandırılan futbol üzrə Portuqaliya çempionatı iyunun 4-dən bərpa olunacaq. Bu barədə ölkənin Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat verilib. Bu zaman təhlükəsizlik qaydalarına, karantin rejiminin tələblərinə futbolçuların tam riayət etməsi ciddi nəzarət altında saxlanacaq. Portuqaliya Premyer Liqası martın 9-da 25-ci turda yarımçıq dayandırılıb. Hələlik 24 turdan sonra “Portu” 60 xalla liderdir. 1 xal geri qalan “Benfika” ikincidir. İlk üçlüyü isə 46 xalla “Braqa” tamamlayır.

Çexiyada da çempionatın bərpa tarixi ilə bağlı rəsmi açıqlama verilib. Peşəkar futbol liqası yarışın mayın 23-dən davam etdirilərək iyulda başa çatdırılacağını bildirib. Digər ölkələrdə olduğu kimi burada da oyunlar azarkeşsiz təşkil olunacaq. Ümumiyyətlə Çexiya çempionatında çıxış edən 16 komandadan 13-ü yarışın bərpasının lehinə səs verib. Yalnız “Karvina”, “Opava” və “Zlin” klubları bu qərara qarşı çıxıb.

Hazırda 24 turdan 58 xal toplayan Praqanın “Slaviya” komandası yarış cədvəlinə başçılıq edir. Əlli xalı olan “Viktoriya Plzen” isə ikinci, “Yablonets” klubu isə 40 xalla üçüncü yerdədir.

XƏBƏR LENTİ
İdman / 21.11.2026 20:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku Əmirxeyir qazanıb - FOTO
Elm və təhsil, Mədəni / 20.11.2026 11:05
Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Maraqlı, Siyasi, Sosial / 20.11.2026 09:16
Qərbi Azərbaycan Həqiqətləri: Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları - FOTO - VİDEO
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Gündəm, Hərbi, Siyasi / 20.11.2026 00:01
Yaddaşdan silinməyən tarix: Qarakənd faciəsi 35 - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO