Gündəm 17.10.2025 23:17

“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər İlanlının adını Çaybasar qoymuşdular” adlı veriliş Ağbaba mahalının, Amasiya rayonunun İlanlı kənd sakini Şəmsi Qocayevin həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə doğulduğunu, uşaqlıq illərindən, kəndin tarixindən danışıb: “Kəndin əsasını Malatyadan gələn Mürsəl Yüzbaşı Yılan oğulları tayfası qoyub. Mürsəl Yüzbaşı Osmanlı ordusunun yüzbaşısı olub. Dörd qardaş gəlib bu kənddə məskunlaşıb. Sonra qardaşlardan ikisi qayıdıb. Böyük və kiçik qardaşlar kənddə qalıb. Kəndin əsas əhalisi iki qardaşın törəməsidir. Yılanlı tayfasından olduqlarına görə kəndin adı İlanlı kimi səslənib. Əhalinin hamısı Azərbaycan türkləri idi. Sonra ermənilər kəndin adını Çayvbasar qoymuşdular”.

Onun sözlərinə görə, ata babası Sarıqamış döyüşündə Türk ordusunun baş aşbazı işləyib: “O deyirdi ki, Sarıqamışda don vurmuş 3 min əsgəri dəfn etmişik. 1918-ci ildə Xoya, Salmasa qaçqın düşdük. Andranikin başıpozuq dəstələrinə qarşı xeyli vuruşduq. Vəziyyət ağırlaşanda Xoya getdik. Bir müddət Xoyda yaşadıq, sakitlik yaranandan sonra qayıdıb kənddə  məskunlaşdıq. O deyirdi ki, gözümün qabağında qadının kürəyində uşağı qılıncla doğradılar. Camaat canını götürüb qaçırdı, kim qalırdı, öldürülürdü. Qonşu Göllü kəndindən gəlin gətirən zaman ermənilər hücum edib bəyi arabanın içində başını kəsdilər. Gəlin isə özünü asdı. Rus çarı dövründə kəndin qlavası olan atamın əmisi erməni vəhşiliklərinə etiraz olaraq rusun orden, medalından imtina edib, istefa verib”.

İlanlı kənd sakini qaçqınlıq illərini belə xatırladıb: “1988-ci ilin yanvarında Gümrüyə erməni əsgərlik dostumgilə getmişdim. Atası dedi ki,  vəziyyət çox ağırdır, bu daşnaklar qırğın törədəcəklər, ehtiyatlı ol. Sonra məni İrəvan qatarı ilə Bakıya yola saldı. Ondan sonra saqqallılar kəndlərə girib, hücum etdilər. Bəzi kəndlərdə adamları öldürüblər. 1988-ci il dekabrın 7-də Hamamlıda baş verən güclü zəlzələ Ağbaba əhalisinin xilası oldu. Camaat Qızılqoçdan Başkeçidə aşmaqla xilas oldu”.

Ş.Qocayev deyib ki, insan yaşlaşdıqca, doğrudan da doğulduğu yerin həsrətini çəkir: “İnşallah, biz qayıdacağıq. Çünki bBizi ora çəkən  babalarımızın, nənələrimizin ruhudur”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 17-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO