Sosial 22.08.2020 15:45

Aydın Hüseynov:  “Ölkəmizdə qanunu pozan hər kəs məsuliyyətə cəlb edilməlidir”

 

Ölkəmiz bu gün pandemiya qarşı mübarizədə nümunəvi xarakterə malikdir. Dövlətimiz insanların sağlamlığını üstün tutaraq bütün istiqamətlərdə fundamental tədbirlər həyata keçirən ölkələr sırasındadır. Məhz bunun nəticəsidir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda yoluxmanın və xəstəliyin faiz nisbəti aşağı səviyyədədir. Bütün bunların davamı olaraq dövlətimizin bu istiqamətdə atdığı addımlar ardıcıl və sistemlı olaraq davam edir. Amma bəzi hallarda mövcud qaydaları və tələbləri pozanlara da rast gəlinir.

Rakus.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Depuat qeyd edib, bu gün cəmiyyətimizdə qanunla tənzimlənmiş qaydalara riayət etməyənlər də var: ”Bu qaydalara riayət etməyənlər sırasında tanınmış şəxslər də mövcuddur. Bu şəxslər məhz belə bir addım atmaqla ümumi prinsipləri deyil, müəyyən şəxsi mənafeləri əsas tutaraq qaydalara zidd hərəkətlərə yol veriblər”.

Millət vəkili vurğulayıb ki, bu cür tədbirləri təşkil edənlər qanun qarşısında məsuliyyət daşımaqla bərabər mənəvi məsuliyyət də daşıyırlar:

“Hər kəs bilməlidir ki, ölkəmizdə statusundan asılı olmayaraq heç kim qanunlara hörmətsiz yanaşa bilməz. Əks təqdirdə belələrinə qarşı ciddi tədbirlər görüləcək. Çünki Azərbaycan Prezidentinin mövqeyi ilə qanunun aliliyini vəhdət təşkil edir. Bu mənada hüquqi dövlətdə yaşayırıqsa, qanunu pozanlar da hüquqi məsuliyyətə cəlb edilməlidir. Məhz bu səbəbdən də sabiq deputat İlham Əliyevin ailəsində təşkil olunmuş toy mərasimi cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılanır.  Müvafiq qurumların və Yeni Azərbaycan Partiyasının bu məsələdə qəti mövqeyi isə ölkəmizdə qanunun aliliyinə hörmətin növbəti təzahürüdü.

Aydın Hüseynov bildirib ki, cənab Prezident  hər zaman bu cür qaydalara öz şəxsi nümunəsində bir davranış nümayiş etdirib: ”Hər bir şəxs üçün də bu tələblər örnək olmalıdır. Biz pandemiyaya qarşı   birlikdə mübarizə aparmalı və qanunlara nümunəvi fəaliyyətimizlə əməl etməliyik”.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO