Azad Qaradərəlinin hekayələri Polşada yayımlanır
Son illərdə yazıçı Azad Qaradərəlinin hekayələri müxtəlif dillərə tərcümə olunaraq nəşr olunub.
Rakus.az xəbər verir ki, bu günlərdə onun iki hekayəsi – “Süd gölü” (xəbər verdiyimiz kimi bu hekayənin motivləri əsasında Praqada film çəkilir) və “Sonuncu kibrit çöpü” hekayələri Polşanın “Kultura i sztuka” saytında yayımlanıb. “Mleczne Rzeki” adı ilə yayımlanan “Süd gölü” və(http://kulturaisztuka.pl/pl/p/azad_garadereli_____mleczne_rzeki____._opowiesc.,19310.html?fbclid=IwAR2E0J7zgHUzFYmmPenwBV3HKlm1iZ7-N2ysa_Rwnc1iNUcDjRDEMwpcB7g) “Ostatnia Zapałka” kimi çevrilərək polyak oxuculara çatdırılan “Sonuncu kibrit çöpü” hekayəsini (http://kulturaisztuka.pl/pl/p/azad_garadereli_____ostatnia_zapalka____._opowiesc,19312.html?fbclid=IwAR0it-6GpTFQurU0AsFNGUsN_iE1zEGGQj5tcDcClCacyrqSeU9hTbgfqq0 ) rus dilindən polyakcaya Hicran Əliyeva çevirmiş, korrektə işini isə Marek Kurek etmişdir.
Xatırladaq ki, müəllifin “Sonuncu kibrit çöpü” hekayəsi Polşa səfirliyinin digər təşkilatlarla birgə Bakıda Şeslav Miloş ili münasibəti ilə keçirdiyi Polşa haqqında ən yaxşı ədəbi iş müsabiqəsində xüsusi diplomla təltif olumnuşdu.
“Sonuncu kibrit çöpü” hekayəsini oxuculara təqdim edirik.