Mədəni 16.12.2024 14:07

Azər Hüseynov: “Messi kimi ulduzlar arxasınca milyonlarla insanı aparır” - FOTO

Bu il dekabrın 11-də dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Bakıya səfər ediblər. ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba həmin gün Bakı Kristal Zalında baş tutan tədbirdə səhnəyə çıxıblar.

Lionel Messi ölkəsinə qayıdan kimi sosial şəbəkə hesabında Azərbaycana dair video yayımlayıb ki, bu video dekabrın 16-dək 33,5 milyon dəfə izlənilib. Xatırladaq ki, əfsanəvi futbolçunun Instagram səhifəsində 504 milyon izləyicisi var.

Bu səfər ərəfəsində və sonrasında ictimaiyyətdə bir çox müzakirələr olsa da səfərin ölkə turizminə müsbət təsir göstərəcəyi məlum məsələdir. Elə bu məqsədlə Turizmplus.az turizm sektorunun nümayəndələrinin fikirlərini öyrənib.

“Bee Tours” şirkətinin rəhbəri Azər Hüseynov bildirib ki, Messi, Suarez, Busquets, Jordi Alba kimi dünya ulduzlarının Azərbaycana səfər etməsi və xüsusilə Messinin 500 milyondan çox izləyicisi olan platformasında ölkəmizlə bağlı paylaşım etməsi inanılmaz bir hadisədir: “Bu, həm də gəlmə turizmə böyük təsir göstərə bilər. Belə ki, bugün bir çox Cənubi Amerika ölkələri Azərbaycan haqqında çox az məlumatlıdırlar. Belə bir səfər, belə bir paylaşım, Azərbaycan Turizm Bürosunun təbliğat kampaniyalarına ciddi dəstək olacaqdır və 10 milyonlarla dollar xərcləyərək əldə edə biləcəyimiz effekti bugün bir səfər ilə, bir video paylaşım ilə əldə edəcəyik. Bu cür dünya şöhrətli ulduzlar, arxalarınca milyonlarla insanı aparır, gələcəkdə həm turizmin inkişafına, həm də beynəlxalq arenada Azərbaycanın cazibədar məkan kimi tanınmasına, ölkəmizin ümumi iqtisadi və sosial inkişafına da müsbət təsir göstərə bilər”.

“Green Apple MICE & Leisure Travel” şirkətinin Baş direktoru Fərahim Əliyev deyib ki, adını idman aləminə qızıl hərflərlə yazdıran dünya şöhrətli futbolçu Messinin qısa olsada Azərbaycana səyahəti və ələxsus sosial media resurslarında Azərbaycan səfəri haqqında qısa metrajlı video paylaşımı ölkəmizin artıq inkişaf etməkdə olan bir turizm destinasiyası kimi tanınmağına təbii ki, səbəb olacaq: “Futbolçunun Bakı səfəri haqqında paylaşdığı videoçarxa artıq 16 saatdan az bir vaxtda 1 milyonadək bəyənmə (like) gəlmişdir və 10 milyonlarla izlənmə var. Bu da ona dəlalət edir ki, Azərbaycanın bir turizm destinasiyası olaraq daha geniş, dünya miqyaslı auditoriya tərəfindən tanınmağa gətirib çıxardacaqdır. Bu işin təşəbüskərlarına, təşkilatçılarına təşəkkürümüzü bildirmək istəyirik. Bu gün artıq ənənəvi destinasıya tanıtım instrumentlərindən başqa, həmçinin influens yəni təsir dairəsi geniş və reytinqi yüksək olan dünya şöhrətli idman uulduzlarının və digər ictimai xadimlərin Azərbaycana gətirilməsi ümumdünya turizm ictimaitində böyük rezonansa səbəb olur. Misal olaraq keçən il Bakıda keçirilən beynəlxalq popyularlığa sahib “Imagine Dragons” pop qrupunun Bakı konsertində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən, xüsusilə, qonşu Gürcüstan, MDB regionu Qazaxıstan, Özbəkistan, Qırğısıtan, Rusiya, və qonşu Türkiyə kimi ölkələrdən Azərbaycana heyrətamiz dinamik turist axınına və çarter uçuşlarının sifarişinə şahid olduq”.

Messi Bakıda

“Rustar Tourism” tur-operatorunun Azərbaycan nümayəndəliyinin rəhbəri Emil Əliyev isə söyləyib ki, Messinin Azərbaycana gəlməsi, xüsusilə onun tanınmış bir dünya ulduzu və idmançı olması, ölkəyə gələn turizmin artmasına müsbət təsir göstərir: “Messi, geniş bir pərəstişkar bazasına sahib olduğuna görə, onun Azərbaycana səfəri, turistlər üçün maraqlıdır və ölkənin turistik cazibəsini artırmaq üçün yaxşı bir fürsət yaradır. Messi, xüsusilə sosial media və mətbuat vasitəsilə böyük bir izləyici kütləsinə sahib olduğu üçün, onun Azərbaycana səfəri, ölkənin tanıtımına kömək edir. Ümumilikdə, Messinin Azərbaycanda olması, gəlmə turizminin artmasına kömək edə bilər, çünki belə bir şəxsiyyətin səfəri, Azərbaycanın dünya səhnəsində tanınmasına əlavə dəstək verir. Bu cür tədbirlər turistlər üçün cəlbedici ola bilər və onlar bura səfər etməyi düşünə bilərlər”.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO