Siyasi 09.01.2026 23:11

“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qəmərlinski nəsli 1919-cu ildə İrəvandan məcbur köçürülüb” adlı veriliş əslən İravan şəhərindən olan Qərbi azərbaycanlı Gülbəniz Qəmərlinskayanın həyat hekayəsinə həsr olunub.

O, 1946-cı ildə Gəncədə, baba və nənəsinin isə İrəvanda doğulduğunu, orada ibtidai məktəbdə müəllim işlədiyini deyib: “Babam və nənəmin iki uşağı var idi. Kiçik oğlu atam Firudun Qəmərlinski, böyük qızları isə Zəkiyyə xanım Qəmərlinskaya idi və onlar 1953-cü ildə Bakı şəhərinə köçüblər. Babam general Əli Qəmərlinski İravanda məşhur müəllim Məhəmmədvəli Qəmərlinskinin oğludur. O, çar ordusunun generalu olub və onun adı ilə qədim Küzülü kəndi Qəmərli adlanıb. Çünki general onlara çox xidmət edib, xeyirxah işlər görüb. O vaxt İrəvanda ilk məktəb – Rus-Tatar Məktəbi açılmışdı. Babamın atası Məhəmmədvəli Qəmərlinski həmin məktəbi bitirib, sonra müəllim işləyib. İstəyirdi ki, gələcək nəsli böyüdən qadınlar savadlı, gözü açıq olsun. O, bu fikirlərlə İravanda Qadınlar Gimnaziyasının açılmasında fəal iştirak edib”.

Onun sözlərinə görə, o vaxt daşnaklar azərbaycanlıların İravanda qalmasına imkan verməyiblər: “Çünki İravan şəhəri onlara paytaxt kimi verilmişdi. Daşnaklar orada azərbaycanlılara hücum edirdilər. Babam atası ilə birlikdə 1919-cu ildə köçmək məcburiyyətində qalıb və araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb. Nənəm, babam danışanda həmişə ağlayır, gözləri yaşarırdı. Deyirdilər ki, oradakı ikimərtəbəli evimizi ermənilər xəstəxana ediblər. Doğma yurdumuzu, evlərimizi, mühiti qoyub başqa yerdə yaşamağa məcbur olduq. Daşınaklar istəmirdilər ki, İrəvanda bir nəfər azərbaycanlı qalsın. Azərbaycan ailələrini izləyir, qılınc, tüfənglə onları qorxudur, Ermənistandan çıxıb getməyə məcbur edirdilər”.

İrəvanı cənnət bir məkan kimi xatırlayan G.Qəmərlinskaya söyləyib ki, orada çox gözəl məscidlər var idi: “İnsanın doğulduğu yer həmişə əzizdir. İnsanın nəsli, kökü haradırsa, o yerə bağlıdır. Mən indi xaricdə yaşasam da öz Vətənimi çox sevirəm. Babamın, nənəmin elini, yurdunu, İrəvanın abu-havasını görmək istəyirəm. Əminəm ki, nə vaxtsa, bu, bizlərə qısmət olacaq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 9-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 09.01.2026 23:11
“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.01.2026 14:22
“İrəvanım üçün çox darıxıram” – Gülbəniz Qəmərlinskayanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 08.01.2026 23:22
“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO
Siyasi / 08.01.2026 14:22
Bu il Qərbi Azərbaycana qayıdışla bağlı nələr gözlənilir? – ANONS - VİDEO
Elm və təhsil / 07.01.2026 22:58
“Hay etnogenezi mifdir və süni tarixi prosesdir” - VİDEO
Elm və təhsil / 07.01.2026 14:22
Hay–erməni fərqi niyə gizlədilir? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.01.2026 23:42
Başkənd toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 06.01.2026 14:22
Ermənilər türk kəndini 4 formada necə dəyişdirdi? - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 05.01.2026 23:28
“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO
Mətbuat / 05.01.2026 10:04
Baku.ws saytının 22 yaşı tamam olur
Gündəm / 01.01.2026 00:01
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Siyasi, Sosial / 31.12.2025 22:19
“Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar” - VİDEO
Siyasi / 31.12.2025 14:22
Ermənilər erməni olmaq istəmirlər – ANONS - VİDEO
Gündəm / 31.12.2025 00:02
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Siyasi, Sosial / 30.12.2025 23:31
Baş Abaran, Baş Abdalar, Başkənd – türk tarixinin izi - VİDEO
Elm və təhsil / 30.12.2025 16:00
Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO
Sosial / 30.12.2025 14:22
X əsrdən yadigar qalan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 29.12.2025 23:32
“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Siyasi, Sosial / 28.12.2025 17:41
Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO