Mədəni 21.11.2019 19:31

“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırıldı - FOTO

Noyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi-2019” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.

Məlumat verilib ki, 2009-cu ildən reallaşdırılan “Azərbaycan ailəsi” film festivalının məqsədi kinematoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği və qorunması, bu sahədəki problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkarlanması. Artıq beşinci ildir ki, festival çərçivəsində “Həyatdan şəkilə” adlı fotomüsabiqə də keçirilir.

Festivala təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Festivalda “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Eyni zamanda, festivalın məqsədinə və ideyasına uyğun olan filmlər də xüsusi mükafatlara layiq görülüb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dünyamızda ailə anlayışı sosial institut kimi böyük əhəmiyyət kəsb edir. Ailəni vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi dəyərləndirən komitə sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət yetirirdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Bu məsələləri hər zaman diqqət mərkəzində saxlayan Birinci vitse-prezident Mehriban Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir, qaçqın və məcburi köçkün ailələrə xüsusi qayğı göstərir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərid Babayev festivalın ailə dəyərlərinin qorunmasına və təbliğinə xidmət etdiyini bildirib. Azərbaycanda ailə institutunun qorunması ilə bağlı geniş tədbirlərin görüldüyünü deyən F.Babayev əlavə edib ki, mənəvi sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir. Azərbaycanın dövlət siyasətində ailəyə qayğı mühüm önəm kəsb edir. Festivalın beynəlxalq nüfuzunun ildən-ilə artır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti, professor Şəfiqə Məmmədova qalibləri, yaradıcı gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu festival vasitəsilə yaradıcı insanlar öz potensiallarını beynəlxalq aləmdə təbliğ etmək imkanı qazanırlar. Bu festivalın geniş auditoriyaya malik olmasının əsas səbəblərindən biri onun təşkilatçıları sırasında Heydər Əliyev Fondunun olmasıdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli yer tutur.

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2019” film festivalının və “Həyatdan şəkilə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film, 6 sosial çarx, vətənpərvərlik mövzusunda 7 film, “Həyatdan şəkilə” adlı foto müsabiqəyə isə 21 iştirakçı tərəfindən 78 fotoşəkil təqdim edilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO