Sosial 08.11.2019 17:57

Azərbaycan gəncliyinə dövlət dəstəyi – Tələbə yazır

 

Bildiyiniz kimi, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı.

Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.

Ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.

Xüsusilə qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki , partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsi hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Hazırda partiyada gənclərin təmsilçiliyi 40 faizə qədərdir. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxdur və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gənclərin vətənpərlik ruhunun yüksəldilməsi, döyüş bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər də həyata keçirib. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” ilə birgə təşkil etdiyi və aprel döyüşlərinə həsr olunmuş “Qələbədən Qələbəyə” adlı atıcılıq turniri, gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində atılmış praktiki addım idi. Eləcə də, “Qələbə yürüşü” keçirilib.

Hər bir cəmiyyətin dinamikliyini qiymətləndirirəkən gənclərin potensialının necə səfərbər olunmasına, onların müasir qlobal çağırışlara hansı səviyyədə cavab verməsinə xüsusi diqqət yetirilir. Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər siyasi, iqtisadi, humanitar, mədəni və digər çağırışlara cavab verməklə həm beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr verirlər, həm də cəmiyyət daxilində sabitliyin, təhlükəsizliyin, ahəngdarlığın təmin olunmasına xüsusi rol oynayırlar.

Müasir dövrdə, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv – dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr verməlidir.

Kənan Kərimov,

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, AKU Tələbə Gənclər Təşkilatının üzvü, “ASAN” könüllüsü 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO