İdman 25.01.2021 12:34

Azərbaycan Kubokunda 1/4 finalçıları müəyyınləşdi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçiriləcək.

Rakus.az xəbər verir ki, günün ilk matçı Tovuzda yerli komanda ilə “Qəbələ” arasında gerçəkləşəcək. I Dİvizion və Premyer Liqa təmsilçiləri indiyədək kubokda üz-üzə gəlməyiblər. Cütün qalibi 1/4 finalda “Qarabağ”ın rəqibi olacaq.

Saat 16:00-da start götürəcək görüşdə “Qaradağ Lökbatan”la “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bunadək ölkə kubokunda 2 dəfə qarşılaşmış kollektivlərin duelində heç-heçə qeydə alınmayıb. 2014/2015 mövsümündə aşağı dəstə təmilçisi “Qaradağ Lökbatan” mərhələ keçibsə, ötən mövsümdə “Zirə” böyükhesablı qələbə əldə edib. Top fərqi “qartallar”ın xeyrinədir – 4:1. Mərhələni keçən tərəf növbəti raundda “Neftçi” ilə üz-üzə gələcək.

1/8 final mərhələsinin son oyunu Masazırda olacaq. “Sabah” I Divizon təmsilçisi “Kəpəz”i qəbul edəcək. Komandalar indiyədək kubok matçında qarşılaşmayıblar. Bu görüşün qalibi 1/4 finalda “Keşlə” ilə oynayacaq.

Azərbaycan Kuboku, 1/8 final

25 yanvar (bazar ertəsi)

14:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər:
 Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

16:00. “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər:
 Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Dalğa Arena”.

17:00. “Sabah” – “Kəpəz”
Hakimlər:
 Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”

Xatırladaq ki, 1/8 finalın ilk oyununda “Səbail” I Divizion təmsilçisi “Zaqatala”nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda “Sumqayıt”a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.

XƏBƏR LENTİ
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO