İdman 05.09.2020 21:53

Azərbaycan Lüksemburqla məğlub oldu

Azərbaycan – Lüksemburq görüşü başa çatıb.

Rakus.az xəbər verir ki, millimiz oyundan məğlub ayrılıb.

Qarşılaşmanın 43-cü dəqiqəsində Ramil Şeydayev yığmamızı hesabda önə keçirsə də, ikinci hissədə iki qol vuran qonaqlar yekunda meydandan 3 xalla ayrılıblar.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

Azərbaycan – Lüksemburq – 1:2

Qollar: Ramil Şeydayev, 43 – Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72

21:35

Azərbaycan – Lüksemburq görüşündə rəqib ikinci qolu vurub.

Qarşılaşmanın 67-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan Adil Nağıyev beş dəqiqə sonra əllə oynayaraq rəqibə penalti qazandırıb.

Cerson Rodrigez dəqiq zərbə ilə rəqibi hesabda önə çıxarıb.

21:12

Azərbaycan – Lüksemburq görüşünün ikinci hissəsində rəqib hesabı bərabərləşdirib.

48-ci dəqiqədə Anton Krivotsyuk avtoqolla komandamızı məyus edib.

20:50

Azərbaycan – Lüksemburq görüşünün 43-cü dəqiqəsində hesab açılıb.

Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirdi.

Millimiz ilk hissəni öndə bitirdi.

20:35

Azərbaycan – Lüksemburq görüşünün 25-ci dəqiqəsində millimiz azlıqda qalıb.

Mahir Emreli rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

Oyunda ilk hissə gedir, hesab açılmayıb.

20:07

UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda Azərbaycan – Lüksemburq görüşü start götürüb.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

Azərbaycan – Lüksemburq – 0:0

19:11

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.

Rakus.az xəbər verir ki, Millətlər Liqasının yeni mövsümü çərçivəsində baş tutacaq ilk qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız ilk oyunun da Lüksemburqla görüşəcək.

Sözügedən qarşılaşma həmçinin italiyalı baş məşqçi Canni de Byazinin debütü ilə əlamətdar olacaq.

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

20:00. Azərbaycan – Lüksemburq

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 6. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 21. Amin Seydiyev, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov, 9. Renat Dadaşov

Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 8. Kristofer Martins, 10. Gerson Rodriges, 11. Vinsen Till, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 18. Laoren Yans, 21. Mauritse Devill

Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 19. Marvin Martens, Yarımmüdafiəçilər, 6. Florian Bohnert, 9. Danel Sinani, 22. Aldin Skenderoviç, 11. Stefano Bensi, 17. Alessio Kurçi, 20. Edvin Muratoviç

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)

Bakı Olimpiya Stadionu

XƏBƏR LENTİ
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”