Mədəni 12.11.2019 21:40

Azərbaycan UNESKO-da vitse-prezident seçildi – YENİLƏNDİ - FOTO

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının prezidenti və vitse-prezidenti seçilib.

Rakus.az xəbər verir ki, Türkiyə Baş Konfransın 40-cı sessiyasının prezidenti, Azərbaycan isə vitse-prezidenti seçilib.

Baş Konfrans öz işini noyabrın 27-dək davam etdirəcək.

13:45

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası işə başlayıb.

Rakus.az xəbər verir ki, sessiyada qurumun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələri iştirak edir.

Baş Konfransda Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin tərkibində UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları iştirak edirlər.

Baş Konfrans noyabrın 12-dən 27-dək ali təhsildən süni intellektə qədər çox təcili aktual məsələlərlə bağlı yeni çoxtərəfli yanaşmalara dair beynəlxalq ideyalar laboratoriyası olacaq.

Baş Konfrans çərçivəsində bir çox yadda qalan siyasi tədbirlər keçiriləcək. “Yeni nəsil, dəyişikliyin gənc aktorları ilə çoxtərəfli münasibətləri yenidən nəzərdən keçirmək” adlı yüksək səviyyəli tədbirə bir çox dövlət və hökumət rəhbərləri qatılacaq. Noyabrın 13-də keçiriləcək inklüzivlik və mobilliyə dair nazirlər iclasında 100-dən çox ölkənin təhsil naziri iştirak edəcək.

Noyabrın 19-da isə 107 ölkənin mədəniyyət naziri “dövlət siyasəti və davamlı inkişafda mədəniyyətin yeri” adlı mövzu ətrafında müzakirələr aparacaqlar.

Baş Konfrans çərçivəsində noyabrın 18-də UNESKO-nun 11-ci Gənclər Forumu keçiriləcək. Forumda gənclərin UNESKO-nun fəaliyyətində iştirak etməsi üçün yaxşı təcrübələr diqqətə çatdırılacaq. Forum bilik və təcrübələrin bölüşdürülməsi, dəyişikliyin gənc aktorları arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün UNESKO və üzv dövlətlər arasında dialoq platforması yaradacaq. Həmin gün “Gəncliyin səsi və süni intellektin gələcəyi” adlı mövzusuna dair iclas keçiriləcək.

Noyabrın 22-də Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində “Qadınlara qarşı zorakılığa dair məlumat kitabçası” jurnalistlərə təqdim olunacaq. Məqsəd bu mövzu ilə bağlı jurnalistləri maarifləndirməkdir.

İlk dəfə olaraq noyabrın 15-də Konvensiya Günü münasibətilə bütün üzv dövlətlər qurumun hazırladığı konvensiyaları imzalamağa və ratifikasiya mexanizmlərini Baş direktora təqdim etməyə dəvət olunacaqlar.

Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirləri də aidiyyəti iclaslarda iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO