Azərbaycanda 8 yeni xəstəxana istifadəyə veriləcək
Hazırda 17 tibb müəssisəsində təmir-tikinti işləri aparılır.
Rakus.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda bildirilir ki, bu müəssisələrdən biri – Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən xəstəxana sentyabrda əsaslı təmirdən çıxaraq fəaliyyət göstərəcək.
Nazirlikdən bildirilib ki, 8 yeni xəstəxana istifadəyə veriləcək. Bunlar 200 çarpayılıq Gəncə şəhər Psixiatriya Xəstəxanası, 200 çarpayılıq Şəki şəhər Psixiatriya, Goranboy Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Qazax Rayon Mərkəzi Xəstəxanası, Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası, Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Buzovna qəsəbəsində Sanator- Kurort Reabilitasiya Mərkəzinin (Publik Hüquqi Şəxs) binalarıdır.