Mədəni 22.11.2019 16:21

Azərbaycanda deputat-yazıçı atışması böyüyür

 

Yazıçı Seyran Səxavət Fazil Mustafanın ədəbiyyat, sənət haqqındakı tənqidi fikirlərinə sərt reaksiya verib. O, mediaya açıqlamasında bunları deyib: “Ədəbiyyatımızın bu günü çox möhtəşəmdir. Fazil Mustafaya mənim hörmətim var. Görünür, o, Azərbaycan ədəbiyyatı ilə əslində tanış deyil. Adicə bir şey deyim, mən Fazil Mustafa ilə müzakirə edə bilərəm, Seyran Səxavətin 9 romanı var, onun birini belə oxumayıbsa, o nə bilir Azərbaycan ədəbiyyatında elitarlıq hansı dərəcədədir? Oxumaya-oxumaya, bələd olmayaraq, ədəbiyyatı görməyə-görməyə onun əzəməti haqqında bir söz demək olarmı? Deputatların nə dediyinə fikir verməyin, yazıçıların və istedadlı oxucuların dediklərinə fikir verin”.

Rakus.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Seyran Səxavətin sərt reaksiyasına belə münasibət bildirib: “Hörmətli ağsaqqal yazıçımız Seyran Səxavət aşağıda paylaşdığım linkdə qeyd olunduğu kimi şəxsimizə sərt cavab deyil, sadəcə uyğunsuz cavab verib.

Demişəm ki, Azərbaycanda ədəbiyyatın, sənətin, elmin elitarlığı çöküb. Zövq alacağın tədbirlərin sayı azdır, müzakirə mühiti yoxdur.

Hörmət bəslədiyim dəyərli yazıçımız Seyran Səxavət heç dəxli olmayan bir cavab verib ki, bəs sən mənim 9 romanımı oxumamısansa, haradan bilirsən elitarlıq çöküb? Mən axı söyləməmişəm ki, kim pis əsər yazır, kim yaxşı yazır. Yaxud elitarlığın etalonu hansı yazardır… Sadəcə elitar müzakirə mühiti olmamasından danışmışam.

Dəyərli əsərin səviyyəli müzakirə, nümayiş mühiti olmalıdır. Elə Seyran Səxavətin həmin 9 romanı da ədəbi tənqidçilərin, yetkin oxucuların müzakirəsindən keçsə, bunun nəyi pisdir? Eləcə də sənət və elm sahələrində ortaya qoyulan yeni işlərin müzakirə mühiti olmalıdır. Məsələn, bir neçə filmin peşəkar müzakirəsi ilə bağlı “Mədəniyyət” kanalında yaxşı proqramlar izlədim, bəyəndim. Hərdən mətnə uyğun olmayan cavablar veriləndə bu cür izaha zərurət yaranır.”

Xatırladaq ki, millət vəkili Fazil Mustafa Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığınının çökdüyünü, sənət və ədəbiyyat mühitində il ərzində bayağılıqdan uzaq xatırlana biləcək cəmi 5-10 tədbir olduğunu bildirib. (Teleqraf.com)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO