Azərbaycanda yaşayan ruslar ermənilərin yaydığı yalan informasiyaları ifşa etmək üçün videomüraciət yayıblar.
Rakus.az xəbər verir ki, video “Facebook” sosial şəbəkəsində paylaşılıb.
Onlar xristianların Azərbaycanda sıxışdırılması ilə bağlı ermənilərin yaydığı saxta məlumata qarşı çıxaraq, bildiriblər ki, burada sakit yaşayırlar və ölkəmizdə din azadlığı var:
“Biz xristianlar Azərbaycanda xoşbəxt yaşayırıq. Bu gün Azərbaycan öz torpaqları uğrunda döyüşür. Biz bütün həyatımız boyu Azərbaycanda yaşayan xristianlarıq. Bizim ölkəmizdə din azadlığı var”.