Dünya 24.04.2021 10:52

Azərbaycandan Rusiya səfirliyinə müraciət edildi

Rakus.az müraciəti təqdim edir.

“Xanımlar və cənablar,

Hörmətli diplomatlar,

Bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyan Moskvaya “şəxsi səfər”ə gəlib. Bu məlumatı, o cümlədən Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan təsdiq edib.

Bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət doğurub.

Əvvələn, peşəkar diplomatlara yaxşı məlum olmalıdır ki, cənab Arutyunyanın Moskvaya səfəri sırf şəxsi səfər olsa belə, o, sərhəddən keçmək üçün mənşə ölkəsi – Azərbaycan tərəfindən verilmiş valid, yəni, hüquqi qüvvəyə malik olan sənəd təqdim etməlidir. Mənşə ölkəsi Azərbaycan olan Araik Arutyunyanın Rusiyaya səfəri zamanı bu normalara riayət edilibmi?

Həmçinin xatırladırıq ki, 44 günlük müharibə dövründə Araik Arutyunyan Gəncənin yaşayış məhəllələrinin raket atəşinə tutulmasına görə məsuliyyəti açıq-aşkar öz üzərinə götürüb. Bu, müharibə cinayətidir. Hazırda Araik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir sıra, o cümlədən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham üzrə axtarış elan edilib.

Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında çoxdan sazişlər bağlanıb, bu sazişlər axtarışda olan şəxslərin ekstradisiyasını da nəzərdə tutur. Lakin belə bir fonda Azərbaycan ictimaiyyəti Araik Arutyunyanın Rusiyaya açıq səfərini necə qiymətləndirə bilər?

Araik Arutyunyan Moskvaya Şuşada aşkar edilmiş “İsgəndər-M” operativ taktiki raket komplekslərinin (OTRK) detalları ətrafında anlaşılmaz qeyri-müəyyənlik fonunda yola düşüb. Bir daha təkrar edirik: “İsgəndər-M” başqa ölkələrə ixrac edilməli olmayan OTRK-nın modifikasiyasıdır. Bu gün həmin raketlərin detalları Bakıda Hərbi Qənimətlər Parkında sərgilənib. Həmin detalların üzərində seriya nömrələri tam aydın görünür. Lakin təəssüf ki, biz indiyə qədər Rusiya tərəfinin aydın cavabını eşitməmişik, həmçinin Rusiya KİV-lərində Azərbaycanın ünvanına insinuasiyalar kampaniyası genişlənir.

Eyni zamanda, “İsgəndər-M” raketləri barədə bizim suallarımıza cavab alınmayınca Araik Arutyunyanın Moskvaya gəlməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq zərurəti yaranır. Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri bunu qeyd etməyə məcburuq: Araik Arutyunyanın Moskvaya budəfəki səfəri Azərbaycan ilə Rusiyanın ikitərəfli münasibətlərinin hərfi mənasına və ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdiyi sülhməramlı missiyaya şübhə oyadır. Bir məqama diqqət yetirmək lazımdır ki, Rusiya təcavüzkar separatizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın ədalətli mövqeyini yaxşı başa düşməlidir.

Ona görə ümidvar olduğumuzu bildiririk ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək.

Rufiz Qonaqov – “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İB-nin rəhbəri

Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri

Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun rəhbəri

Əhməd Abbasbəyli – “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin rəhbəri

Vüqar Xəlilov – CBC TV-nin rəhbəri

Rafiq Haşimov – AZTV-nin sədr müavini

Orxan Fikrətoğlu – müstəqil jurnalist

Anar Şükürov – ATV-nin Xəbərlər Redaksiyasının rəhbəri

Əflatun Amaşov – Mətbuat Şurasının sədri

Elçin Şıxlı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

Samir Adıgözəlov – “İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi” İB-nin rəhbəri

Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru

Nüşabə Məmmədova – “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İB-nin rəhbəri

Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru

Araz Zeynalov – vesti.az saytının baş redaktoru

Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İB-nin rəhbəri

Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İB-nin rəhbəri

Namiq Mailov – “Region plyus” jurnalının baş redaktoru

Emil Mustafayev – Minval.az saytının baş redaktoru

Elçin Alıoğlu – Milli.az saytının baş redaktoru

Bəhram Bağırzadə – Əməkdar artist, “Parni iz Baku” ŞHK komandasının aktyoru

Həmid Həmidov – “Global Media Group”un media direktoru

Heydər Mirzə – hərbi jurnalist, analitik

Məhərrəm Zülfüqarlı – “İctimai Problemlərin Tədqiqi Assosiasiyası” İB-nin rəhbəri

Vyaçeslav Sapunov – jurnalist, bloger

Bəhram Batıyev – “Armiya.az” saytının baş redaktoru

Rizvan Hüseynov – tarixçi

Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İB-nin rəhbəri

Şəlalə Həsənova – “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İB-nin rəhbəri”.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 20.11.2026 11:05
Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Maraqlı, Siyasi, Sosial / 20.11.2026 09:16
Qərbi Azərbaycan Həqiqətləri: Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları - FOTO - VİDEO
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Gündəm, Hərbi, Siyasi / 20.11.2026 00:01
Yaddaşdan silinməyən tarix: Qarakənd faciəsi 35 - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO