İqtisadi 06.06.2023 11:34

“Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşib”- Əli Hüseynli

“Mayın 31-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olmuşdur. Tədbirdə giriş çıxış edən Prezident İlham Əliyev  Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və bu sahədə müəyyənləşdirilən yeni hədəflərlə bağlı fikirlərini bölüşmüşdür”.

Rakus.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin yap.org.az-da dərc olunan məqaləsində bildirilir.

O deyib ki, Azərbaycanın uğurlu neft strategiyasının əsası ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunundan etibarən ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən formalaşmağa başlaması tarixi həqiqətdir: “Belə ki, birinci Qarabağ savaşında atəşkəsin əldə edilməsi ilə  respublikada siyasi və iqtisadi sabitlik təmin edilmiş, xarici sərmayələrin yatırılması üçün Azərbaycan cəlbedici ölkəyə çevrilmişdir. 1994-cü ildə Bakıda ilk neft-qaz sərgisinin keçirilməsi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaratdı. Həmin ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin enerji ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı vəziyyəti kökündən dəyişdi və bununla da  dayanıqlı inkişaf və iqtisadi müstəqilliyin təməli qoyuldu, Azərbaycanı  firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşdi.

30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq etməkdə davam edir. Bu gün enerji təhlükəsizliyinin milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutduğunu vurğulayan cənab İlham Əliyev eyni zamanda  qeyd edib ki, “Azərbaycan artıq nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının çox sayda ortaq maraqları var və bu sahədə potensial getdikcə daha da genişlənməkdədir. Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə yanaşı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü kimi bu istiqamətdə həyata keçirilən fəaliyyətə mühüm töhfələr verir.

Enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi kimi liderliyə can atan Azərbaycan Avropanın enerji təhlükəsiziyi arxitekturasında coğrafiyasını daim genişləndirməyə çalışır və buna uğurla nail olur. Belə ki, qlobal əhəmiyyətli layihə olan Cənub Qaz Dəhlizi 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır. Prezident İlham Əliyevin bu məsələyə baxışı rasional yanaşmanın təzahürüdür: “Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir”. Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçirilir. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcəkdir.

Ötən ilin dekabr ayında Buxarest şəhərində Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya və Avropa Komissiyası Prezidentinin iştirakı ilə dair yaşıl enerjiyə və transmissiyaya dair mühüm sənəd imzalandı. “Həmrəylik Halqası” layihəsinə isə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bütün bunlar yeni nəhəng interkonnektorların inşasını, bununla da enerji təchizatı prosesinin şaxələndirilməsini şərtləndirir.

Avropa İttifaqı liderləri və istehlakçı ölkələrin rəhbərləri səviyyəsində Azərbaycanın etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi dəyərləndirmələri ölkəmizin beynəlxalq statusunu artıran önəmli amildir. Azərbaycan 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Bundan əlavə, son illər, xüsusilə postmünaqişə dövrünün yeni reallıqları və yaranmış yeni imkanlar fonunda bərpaolunan  enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərməyə başlamışlar. Ölkə rəhbəri çıxışında bu perspektivin real potensiala söykəndiyini bildirmişdir: “Bunun üçün imkanlar var – “Şahdəniz” və “Abşeron” yataqları. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq”.

ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunakın bu tədbirə ünvanladıqları məktublar Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətindən xəbər verir və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna verdikləri yüksək qiymətə işarədir. Dövlətimizin başçısı konkret arqumentlərlə bu fikri birmənalı olaraq təsdiq edib: “ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin”.

Gələcək perspektivlərlə bağlı düşüncələrini bölüşən Prezident İlham Əliyev bir sıra mühüm təkliflərlə də çıxış etmişdir. O, TANAP-ın və TAP-ın genişlənməsinin zəruriliyini önə çəkmiş və bizim digər Avropa boru kəmərlərinə də çıxışımızın təmin olunması ilə bağlı təklif irəli sürmüşdür: “Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir”.

Xatırladaq ki, mayın 31-də 28-ci Bakı Enerji Forumu işə başlayıb. 600-dən çox nümayəndənin iştirakı ilə keçirilən konfransda keçid dövründə energetikaya dair yeni çağırışlar, o cümlədən Avropanın qlobal enerji təhlükəsizliyi və bu perspektivdə Azərbaycanın enerji sektorunun rolu müzakirə olunub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında etibarlı tərəfdaş kimi mühüm mövqeyə sahibdir və bu forum da özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləmişdir”.

XƏBƏR LENTİ
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO
Siyasi / 26.01.2024 16:27
AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli
Təhlil / 26.01.2024 16:06
Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Maraqlı, Sosial / 26.01.2024 13:57
“Bir gün Zəngəzurda görüşəcəyik…” – Səməni Qəmbərovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov