Mədəni 06.09.2019 11:24

Azərbaycanlı rejissor Türkiyədə əbədi filmlər çəkir - FOTO

 

Dünya yaşamağa məhkum olanların müvəqqəti qərar tutduğu bir məkandır. Hər kəs var olduğunu sübut etməyə səy göstərir. Necə deyərlər, hamının başı xoş güzəran sürmək üçün mücadiləyə qarışıb. Yalnız haradan gəlib, harada olduğunu, haraya gedəcəyini bilənlər bu məkanda xoş güzərandan daha çox axirətə əliboş getməməyə çalışır…

Qəribə davranışı, özəl mədəniyyəti, nadir təfəkkürü ilə seçilir. “Allah” sözü dilindən düşmür. Tez-tez söylədiyi “şükür” kəlməsi hər dəfə eşitdiyimiz bayağı “şükür”lərdən çox fərqlənir. Ürəkdən gəldiyi, təbii olduğu, İlahi eşqdən qaynaqlandığı gözləridən görünür. Niyyəti o qədər gözəldir ki, əməllərində öz əksini tapıb…

…Atası Namiq Axundov indiki Bakı Musiqi Akademiyasını bitirib. Lənkəran 1 nömrəli Musiqi məktəbinin yaradıcılarından biri idi. 1986-cı ildə vəfat edənədək, otuz ilə yaxın həmin məktəbdə tar müəllimi işləyib. Anası Tamella xanım ixtisasca mühasib olsa da, daha çox bədii yaradıcılıqla məşğul olub, şeir yazıb. Hazırda 71 yaşı var…

Haqqında söhbət açdığım Natiq Axund 1975-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. 1992-ci ildə orta təhsilini həmin şəhərdə başa vurub. 1994-cü ildə Lənkəran Dövlət Universitetinə qəbul olunub. 1998-ci ildə oranı bitirərək tarix müəllimi ixtisasına yiyələnib. Sonra dörd il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsində təhsilini davam etdirib. Kinorejissor Eldar Quliyevin tələbəsi olub.

Lənkəranda tələbə ikən ölkədə tanınmış şən və hazırcavablar klubu, “Lumu” komandasına bir müddət kapitanlıq edib. 1998-ci ildən rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışıb. 2008-ci ildə “Qaçan Atlar Production” kino-şirkətini yaradıb və o vaxtdan bu şirkətə rəhbərlik edir. Film, serial, reklam, klip sahəsi üzrə təcrübəsi var. Bu illər ərzində rəhbəri olduğu şirkətin istehsal etdiyi, ictimai, aktual mövzulu sosial filmlərdə rejissor, ssenarist, prodüsser, aktyor kimi fəaliyyət göstərib. İştirak etdiyi bir çox festivallarda rejissor, ssenarist nominasiyaları üzrə qalib olub, diplom və mükafatlara layiq görülüb. 2018-ci ilin fevralından İstanbulda yaşayır…

…Natiqin üç övaladı var. Böyük qızı Rüqayyə 11, oğlu Əbülfəz 9, ikinci qızı Əsmənur 7 yaşındadırlar…

Deyir ki,- “Yalana nifrət edirəm. Riyakar adamlar gözümün düşmənidir, çalışıram ki, onlardan uzaq olum. Heyif ki, onlar günbəgün çoxalırlar. Hər yerdə, hər kollektivdə onlara rast gəlmək olur”…

Harada qərar tutmasından, millətindən asılı olmayaraq ən yaxşı insanlar sülhü təbliğ edən, xeyirxah olmağı aşılayan, bəşəriyyəti Tanrı buyurduğu kimi yaşamağa səsləyən kəslərdir. Bəli, Türkiyədə yaşayıb yaradan rejissor Natiq Axund məhz belə insanlardandır. Onun ərsəyə gətirdiyi hər bir qısametrajlı filim ibrət dərsi, haqqa-ədalətə, insanlığa çağırışdır. Bu filmlərin milyonlarla tamaşaçısı var. Onun “Ramazan payı” filmi bir neçə dilə tərcümə olunaraq müxtəlif ölkələrdə nümaiş etdirilib. Ümumiyyətlə Natiqin təqdim etdiyi qısametrajlı filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun ərsəyə gətirdiyi ibrətamiz filmlər bu gün Türkiyə televiziya məkanında davamlı olaraq yayımlanır. Bundan əlavə həmin filmlər “YouTube”-nin “Natik Ahunt” və eləcə də “Facebook”-un “Natiq Axund” səhifələrində də yerləşdirilib…

Bütün yaradıcı insanlar kimi, o da təkliyi xoşlayır. Bədii kitabları mütaliə etməkdən yorulmur. Teatr tamaşalarından zövq alır. Öz üzərində işləməyi bacarır. İnkişaf etmək, daha böyük işlər görmək onun başlıca amalıdır. Azərbaycanı çox sevir. “Türklər qardaş xalq olsalar da, bizi yaxşı tanısalar da çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim. Çünki azərbaycanlılar türk xalqları arasında istedadı, uğurları ilə həmişə öndə olublar”- söyləyir…

Elman Eldaroğlu

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO