Siyasi
03.12.2025
11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Azərbaycanlıların Ermənistandan tam deportasiyasının 37-ci ili tamam olur.
Son deportasiya zamanı Ermənistanda 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlılar öz yurdlarından qovulub. 1988-ci ilin qarlı-çovğunlu noyabr-dekabr aylarında Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiya edilib.
Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı qaldırdığı və istintaqı yarımçıq qalmış cinayət işinin materiallarında bildirilir ki, Ermənistan tərəfindən həyata keçirilən deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-i qadın, 23-ü uşaqdır.
Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Belə ki, Azərbaycanın parçalanması ilə nəticələnən 1828-ci il İran və Rusiya arasında bağlanmış Gülüstan müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyalara məruz qalıb.
1986-cı ildə Yerevanda dərc olunmuş “Ermənistan və ətraf rayonların toponimləri lüğəti” adlı kitabda yazıldığı kimi «indiki Ermənistan ərazisində yaşayanların 70 faizi 1828-1930-cu illərdə Türkiyə və İrandan gəlmiş erməni mühacirlərdir”
XX əsrdə isə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər – dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Azərbaycanlıların deportasiyası nəinki Azərbaycanda, eləcə də Ermənistan və başqa ölkələrdə çap olunmuş kitablarda kifayət qədər öz əksini tapıb. Erməni müəllif Zaren Karkadyan «Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə» kitabında arxiv materiallarına istinad edərək yazır: “1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2000-də azərbaycanlılar yaşayıb”.
Rus tədqiqatçısı Nikolay Şavrovun 1911-ci ildə Peterburqda nəşr olunmuş “Zaqafqaziyada rus işinə yeni təhlükə» kitabından oxuyuruq: «1928-1930-cu illərdə Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən isə 84600 erməni köçürülərək erməni millətinin cüzi olduğu İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirilib”.
ABŞ alimi Castin Makkarti isə «Soyqırım olmuşdurmu?» kitabında yazır: «1820-1920-ci illərdə 600 min erməni Rusiya ərazisinə köçürülüb, iki milyon müsəlman isə bu ərazini tərk edib».
«Ermənistan azərbaycanlıları və onların acı taleləri» adlı kitabda bildirilir ki, deportasiyalar zamanı on minlərlə azərbaycanlı qətlə yetirilib.
Azərbaycanlıların qəddarlıqla öldürülməsi faktları yüzlərlədir. Misal kimi Azərbaycanın tanınmış el aşığı Nəcəfin qətl səhnəsi indi də el arasında qəddarlıq nümunəsi kimi söylənir. Erməni komandiri el aşığını yüzlərlə insanın gözü qarşısında kürəyində samovar qaynadaraq yandırıb.
Tbilisidə nəşr olunan «Revolyussionnı Vostok» jurnalı 1923-cü il aprel sayında yazırdı: «Daşnak hökuməti öz hakimiyyəti dövründə Ermənistandakı azərbaycanlıların 60 faizini qırıb». Həmin jurnal 1936-cı ildə yazır: «Təkcə 1914-1918-ci illərdə İrəvan quberniyasında 88 azərbaycanlı kəndi dağıdılıb, 1920 ev yandırılıb, 131 970 kişi öldürülüb».
Yenə Gürcüstanda nəşr olunan «Qruziya» qəzetinin 1918-ci il noyabr tarixli nömrəsindən oxuyuruq: «1918-ci ilin noyabrınadək Sisiyan rayonunun 15 azərbaycanlı kəndində 625 nəfər ermənilər tərəfindən öldürülüb və bu kəndlərə 51 390 000 manat ziyan dəyib».
Ermənistan Sovet Respublikası qurulduqdan sonra azərbaycanlıların yaşadığı 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. 1935-1978-ci illərdə Ermənistan parlamenti azərbaycanlıların yaşadığı 435 kəndin adını dəyişib.
Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlılara məxsus son 91 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.
Bütün bunlara baxmayaraq, Ermənistandan deportasiya olunmuş azərbaycanlılarla bağlı problem indiyədək beynəlxalq təşkilatların müzakirə mövzusu kimi qaldırılmayıb. Yalnız BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2004-cü ilin aprelində deportasiya və məcburi köçkün məsələlərinə həsr olunmuş konfransında Ermənistandan deportasiya olunmuş insanların taleyi gündəlikdə olub. Konfransda vurğulanıb ki, beynəlxalq təşkilatların ədalətli qərarları Ermənistandan olan azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasına səbəb ola bilər.
Bu gün də Ermənistandan azərbaycanlıların deportasiyası ilə bağlı arxivlərdə saxlanılan sənədlər beynəlxalq təsir gücünə malik təşkilatların müzakirəsinə təqdim olunmasını gözləyir.
Tapdıq Fərhadoğlu
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi
/
03.12.2025
11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial
/
02.12.2025
23:11
Elm və təhsil, Siyasi
/
02.12.2025
18:15
Sosial
/
02.12.2025
14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi
/
02.12.2025
13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə
/
01.12.2025
23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil
/
29.11.2025
23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial
/
28.11.2025
23:22
Siyasi, Sosial
/
28.11.2025
14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil
/
27.11.2025
23:40
Siyasi
/
27.11.2025
14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi
/
26.11.2025
23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat
/
26.11.2025
17:17
Siyasi
/
26.11.2025
14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial
/
25.11.2025
23:23
Müsahibə, Mədəni
/
25.11.2025
18:50
Sosial
/
25.11.2025
14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni
/
25.11.2025
13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə
/
24.11.2025
23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman
/
23.11.2025
08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi
/
22.11.2025
23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial
/
21.11.2025
23:38
Sosial
/
21.11.2025
14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil
/
20.11.2025
23:26
Siyasi
/
20.11.2025
14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Mədəni, Sosial
/
19.11.2025
23:04
Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO














