Mədəni 04.07.2025 22:58

“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi” veriliş əslən Zəngəzur mahalı Meğri rayonunun Nüvədi kəndindən olan bəstəkar Sevinc Abbasovanın həyat hekayəsinə həsr olunub.

O, 1969-cu ildə Bakıda doğulsa da, əslən Qərbi Azərbaycandan olduğunu,  uşaqlıq illərinin, yay tətillərinin Nüvədidə keçdiyini deyib: “Biz oranı çox sevirdik. Bacı-qardaş günümüz orada keçirdi. Novruz bayramında, yayda  kəndə gedəndə yaylığa köçürdük. Oranın gözəl bulaqları var idi. Baba Hacı ziyarətgahında qurban kəsir, dua edirdik. Nənəm şirin çörək, paxlava, şəkərbura bişirirdi. Dağın başına qalxır, orada od qalayır, üstündən hoppanır, müxtəlif oyunlar oynayırdıq. Babamın üzüm, ərik bağları, mal-qarası, qırmızı yəhərli atı var idi. Babamın atını çapırdım”.

Onun sözlərinə görə, hələ 1985-1986-cı illərdə camaatı ermənilər sıxışdırırdı: “Babam atama o zaman deyirdi, söhbət gəzir ki, ermənilər gəlirlər, kəndi hamınız boşaldın. Babam çıxmaq istəmirdi. Doğma yurduna bağlı adam idi, çox kövrəlmişdi. Nüvvədi camaatı kəndlərində çox bağlı mehriban insan idilər. Güllə səsləri eşidilsə də heç kim çıxmaq fikrində deyildi. Nəhayət, 1989-ci il idi, babam və nənəm bizə Bakıya gəldilər. Nənəm ağladı, dözə bilmirdi ki, bu, necə ola bilər. Babam da deyirdi ki, ölsəm, məni Nüvədidə  dəfn edərsiniz. Öz Vətənimi istəyirəm, Nüvədisiz qala bilmirəm. Atam da, anam da çox pis olmuşdu. Nüvədinin ətrafında olan kəndlər. rayonlar boşalmışdı, amma bir nüvədili çıxmamışdı. Son məqama kimi Nüvədi camaatı dözdü, lakin kəndi tərk etmək məcburiyyətində qaldılar”.

Bəstəkar deyib ki, Vətəni sevməyən insan olmaz: “Bakıda doğduğuma baxmayaraq Nüvvədi kəndini çox sevirəm və ora qaydışı gözləyirəm. Arzum var ki, Nüvədiyə həsr etdiyim mahnılar, instrumental kompozisiyalar orada səslənsin. Atam çox gözəl rəssam olub. Babamın evində hər divarda atamın rəsm əsərləri asılmışdı. İnşallah, kəndə gedəndə o şəkilləri axtaracam. Ermənilər evləri uçurublar, qəbirləri dağıdıblar. Gedib Baba Hacını ziyarət etmək istəyirəm. “Qəlbin fəryadı” və “Nüvədi” haqqında kompozisiyamda Vətən həsrətini, doğma yurd üçün çox darıxdığımı göstərmişəm. İnşallah, Nüvədiyə qayıdandan sonra mən o bəstəmə orada klip çəkəcəm. Bu, mənim ən böyük arzumdur. Əminəm ki, mahnılarımı orada səsləndirəcəyəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 4-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir