Bakı metrosunda nəzarət gücləndirilib – RƏSMİ

Bakı metrosunda dezinfeksiya işlərinin gücləndirilməsi və sərnişinlərin mövcud qaydaya riayət etməsi istiqamətinə nəzarət tədbirləri gücləndirilib.
Rakus.az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri iki istiqamətində aparılır:
“Ən vacib məsələlərdən biri dezinfeksiya tədbirlərinin tam qaydalara uyğun şəkildə aparılmasıdır. Cari dövrdə sərnişin axını nəzərə alınaraq, dezinfeksiya tədbirlərimiz daha da intensivləşdirilib. Tərəfimizdən sərnişinlər sosial məsafəyə riayət etməyə dəvət olunur.
Ümumiyyətlə, bu gün hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməli və mövcud qaydalara riayət etməlidir ki, əsgərlərimizin gözü yolda qalmasın”.