Mədəni 01.07.2019 03:34

Bakı UNESKO-nun sessiyasına ev sahibliyi edir

İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən çox nümayəndə iştirak edir.

Rakus.az xəbər verir ki, sessiyanın iyunun 30-da keçiriləcək açılış mərasimində UNESKO-nun baş direktoru, xanım Odri Azulay iştirak edəcək. Bu, O.Azulayın baş direktor seçildikdən sonra ölkəmizə ilk rəsmi səfəridir.

Sessiyada UNESKO-ya üzv dövlətlərdən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin Baş nazirləri, Baş Nazir müavinləri, Mədəniyyət, Ətraf mühit, Turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edəcəklər.

Mühüm əhəmiyyətə malik tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irsə, ən qədim abidələrə olan dəyəri özündə əks etdirir. Tədbirə ev sahibliyi etmək və eyni zamanda, Ümumdünya İrs Komitəsinə sədrlik etməklə ölkəmiz dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

Dünya mədəni və təbii irsinin qorunması üzrə Konvensiyanın iştirakçısı olan dövlətlərdən ibarət Ümumdünya İrs Komitəsinin hazırkı üzvləri Anqola, Avstraliya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Braziliya, Burkina Faso, Çin, Kuba, Qvatemala, Macarıstan, İndoneziya, Küveyt, Qırğızıstan, Norveç, Sen-Kits və Nevis, İspaniya, Tunis, Uqanda, Tanzaniya və Zimbabve dövlətləridir. Azərbaycan isə 2015-ci ildə Ümumdünya İrs Komitəsinə üzv seçilib.

Komitənin əsas funksiyaları üzv dövlətlər tərəfindən təqdim olunmuş nominasiyalar əsasında universal dəyərə malik mədəni və təbii irs abidələrinin müəyyən edilməsi və Dünya İrsi Siyahısına daxil edilməsi, siyahıya daxil edilmiş abidələrin qorunmasına nəzarət, həmin abidələrdən hansının Təhlükə altında olan Dünya İrsi Siyahısına daxil edilməsinə və ya həmin siyahıdan çıxarılacağına qərar vermək və Dünya İrs Fondu tərəfindən maliyyələşən beynəlxalq yardım üçün olan müraciətləri nəzərdən keçirməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci ildə UNESKO-ya üzv qəbul edilmiş,1996-cı ildə isə UNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bakı şəhərinin tarixi mərkəzi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası 2000-ci ildə, Qobustan Milli Tarix – Bədii Qoruğu isə 2007-ci ildə Ümumdünya İrsi Siyahısına salınıb. Bu il artıq ölkəmiz Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

Ötən ilin iyunun 24-dən iyulun 4-dək Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan komitəyə sədr seçilib və bu il ölkəmizin komitənin 43-cü sessiyasına ev sahibliyi etməsi qərara alınıb.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Komitənin Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir.

Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.

Sessiya UNESKO-nun və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi internet portalları vasitəsilə canlı yayımlanacaq.

Bu mötəbər tədbir çərçivəsində UNESKO-nun üzv dövlətləri və məşvərətçi təşkilatları tərəfindən mədəni irsin qorunması, dayanıqlı inkişaf, innovasiya və digər mövzularda 40-dan çox paralel tədbir təşkil olunacaq.

Sessiyadan əvvəl öz işinə başlayan Gənc Peşəkarlar və Abidə Menecerləri forumları hazırda davam edir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO