Rakus.az xəbər verir ki, festival ABŞ-ın Azərbaycandakı Səfirliyi sponsorluğu ilә keçirilir vә beş gün – mayın 5-dək davam edəcək.
Festivalın açılış mәrasimindә çıxış edәn ABŞ-ın Azәrbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil deyib ki, festival әsnasında hәr axşam müxtәlif filmlәr nümayiş olunacaq: “Festivalda amerikalıların şücaәtini, uğur istiqamәtindә göstәrdiklәri canfәşanlığını işığlandıran filmlәr nümayiş olunacaq. Filmlәr hәr axşam saat 7-dә nümayiş olunacaq vә biletlәri almaq istәyәn şәxslәr onları ya internetdә ya da kassalarda çox münasib qiymәtlәrlә әldә edә bilәrlәr”.
Xatırladaq ki, festivalda 5 film mayın 1-5-də “Park Cinema Fleym Touers”-də nümayiş olunacaq və “İnsan Ruhunun Qüdrətini” nümayiş etdirəcək.