Ötən əsrin 60-cı illərinin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.
Rakus.az xəbər verir ki, bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat veriblər.
Ötən əsrin 60-80-ci illərdə estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi C.Əliyev o dövrdə Tofiq Əhmədovun rəhbərlik etdiyi teleradionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.
Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış C.Əliyev səhnədə çox az müddətdə parlayıb.