Siyasi 06.01.2026 23:42

Başkənd toponimi – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Türk yurdu necə Vernaşen, Barsravan, Ardzvaşen, Akunk oldu?” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Başkənd toponimi haqqında söz açılır.

Bildirilir ki, tarixən azərbaycanlıların yığcam yaşadığı Qərbi Azərbaycan adlı coğrafi məkanda tarixi yurdlarımızın izinin itirilməsi erməni  millətçilərin məkrli siyasətinin əsasını təşkil edib.

Başkənd – Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənd olub. 1897-ci ildən burada yaşayan azərbaycanlılar 1928-1929-cu illərdə kənddən köçürülüblər. 1946-cı ildə adı dəyişdirilib Vernaşen qoyulub.

Başkənd – Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Türkmənçay müqaviləsindən sonra İranın Xoy və Səlmas vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilib. Kəndin adı əvvəlcə Məzrə, sonra 1946-cı ildə dəyişdirilib Barsravan qoyulub.

Başkənd – Göyçə mahalının Çəmbərək, sonra Krasnoselo adlandırılan rayonda kənd olub. Gədəbəy rayonu ərazisində yerləşir. Bura ermənilər 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan gəliblər. 1978-ci ildə adı dəyişdirilib Ardzvaşen, yəni Qartalkənd qoyulub.

Başkənd – Qırxbulaq mahalının Ellər, sonralar Kotayk/Abovyan adlandırılan rayonda kənd adıdır. Adı tarixi mənbələrdə Başköy və Başkənd kimi qeyd edilib. Kəndə 1829-cu ildə İranın Salmas və Xoy vilayətlərindən ermənilər köçürülüb. Azərbaycanlılar 1905-1906-cı illərdə qovulublar. 1946-cı ildə adı dəyişdirilib Akunk qoyulub.

Başkənd – Çəmbərək/Krasnoselo rayon ilə Gədəbəy rayonunun sərhəddində, Keçəldağ silsiləsində yerləşən aşırım adıdır.

Sonda vurğulanır ki, qədim türk-oğuz yurdlarının izini silmək üçün müxtəlif hiylələrə əl atan ermənilər XX əsrdə azərbaycanlıları Qərbi Azərbaycandan soyqırım törədərək köçürməklə özlərini sanki məqsədlərinə çatmış kimi hiss ediblər: “Təbii ki, bu istək əbədi deyil və doğma yurdlara qayıdış qaçılmaz reallıqdır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 6-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 06.01.2026 23:42
Başkənd toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 06.01.2026 14:22
Ermənilər türk kəndini 4 formada necə dəyişdirdi? - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 05.01.2026 23:28
“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO
Mətbuat / 05.01.2026 10:04
Baku.ws saytının 22 yaşı tamam olur
Gündəm / 01.01.2026 00:01
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Siyasi, Sosial / 31.12.2025 22:19
“Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar” - VİDEO
Siyasi / 31.12.2025 14:22
Ermənilər erməni olmaq istəmirlər – ANONS - VİDEO
Gündəm / 31.12.2025 00:02
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Siyasi, Sosial / 30.12.2025 23:31
Baş Abaran, Baş Abdalar, Başkənd – türk tarixinin izi - VİDEO
Elm və təhsil / 30.12.2025 16:00
Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO
Sosial / 30.12.2025 14:22
X əsrdən yadigar qalan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 29.12.2025 23:32
“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Siyasi, Sosial / 28.12.2025 17:41
Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 23:54
Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 14:51
Rusların Qafqazda erməni kartı – ANONS - VİDEO
Gündəm / 24.12.2025 00:01
Prezident İlham Əliyevin doğum günüdür - FOTO
Siyasi, Sosial / 23.12.2025 23:18
Baharlı və Bahar bəyin bağları – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 18:40
“Şaumyanın transformasiyası- “ilahilik”dən təcavüzə” - FOTO - VİDEO
Sosial / 23.12.2025 14:46
Baharlı tayfasının Zəngəzurda saldığı kənd – ANONS - VİDEO