Siyasi 20.01.2026 23:32

Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “İran ermənilərinin yerləşdirildiyi türk məskəni” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalanBaşnalı, Başsız, Berd qalacıq, Berdadağ toponimi haqqında söz  açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda daşnak düşüncəsi ilə verilən qərar və fərmanlarla kəndlər, yaşayış məskənləri viran qoyulub, oğuz-türk izləri yox edilib, tarix susdurulub.

Başnalı – Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Kənddə tarixən yalnız azərbaycanlılar yaşayıb. Bura 1829-1832-ci illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb. 1918-ci ilin martında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. İndiki Ermənistanda 1920-ci ildə sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönüblər. 1940-cı illərdə azərbaycanlılar tamamilə qovulub. 1949-cu ildə kəndin adı dəyişdirilib Bağramyan qoyulub.

Başsız – Talın mahalının Talin rayonunda kənd adıdır. Kəndin adı mənbələrdə həm də Baysız formasında göstərilir. Aazərbaycanlılar 1840-1850-ci illərdə tarixi torpaqlarından sıxışdırılıb çıxarılıb və kəndə Türkiyədən köçürülən kürdlər yerləşdirilib.

Berd Qalacıq – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. İndi xaraba kənddir.

Berdadağ – Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazsində kənd adıdır. İndi xaraba kənddir.

Sonda vurğulanır ki, müxtəlif dövrlərdə Ermənistanın siyasi rəhbərliyi, eləcə də parlamenti tərəfindən imzalanan və verilən məqsədyönlü qərarlarla azərbaycanlılara məxsus hər bir yaşayış məntəqəsi yadlaşdırılıb: “Lakin, Qərbi Azərbaycandakı bu yadlaşdırılma heç zaman unudulmayıb, əsl gerçəkliklər millətin yaddaşında qorunub saxlanılıb. Məhz bunun gələcək nəsillərə çatdırılması üçün susdurulan tarix bu gün danışır və reallıqlar üzə çıxır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 20-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO
Gündəm / 20.01.2026 12:01
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Gündəm / 20.01.2026 11:54
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO - VİDEO
Siyasi / 20.01.2026 11:22
Millətin azadlıq eşqini söndürə bilməyən qanlı cinayət
Gündəm / 20.01.2026 08:43
Xalq 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir - FOTO - VİDEO
Gündəm / 20.01.2026 00:01
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Müsahibə / 19.01.2026 23:43
“Ermənilər maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurublar” - VİDEO
Gündəm / 18.01.2026 13:38
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Mədəni / 17.01.2026 23:46
“Xalçalar üzərindən oxunan deportasiya yaddaşı” - VİDEO
Siyasi, Sosial / 16.01.2026 23:50
“Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.01.2026 14:22
“Ata yurduma qayıdışı gözləyirəm” – Səfayə Həsənovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 15.01.2026 23:18
“Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?” - VİDEO
Siyasi / 15.01.2026 14:22
Ermənistan türk dövlətinə çevriləcək – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 14.01.2026 23:52
“Böyük Ermənistan” nağılı Avropa masalarında yazılıb” - VİDEO
Elm və təhsil / 14.01.2026 14:22
“Erməni kartı” – Avropanın geosiyasi aləti – ANONS - VİDEO
Siyasi, Sosial / 13.01.2026 23:08
Başköy, Baş Gərni, Baş Gözəldərə – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 13.01.2026 14:22
Qarapapaqların yaşadığı qədim kənd – ANONS - FOTO - VİDEO
Müsahibə / 12.01.2026 23:59
“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO
Mədəni / 10.01.2026 22:37
Qərbi Azərbaycan xalçalarında gizlənən türk kosmoqoniyası - VİDEO
Siyasi, Sosial / 09.01.2026 23:11
“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.01.2026 14:22
“İrəvanım üçün çox darıxıram” – Gülbəniz Qəmərlinskayanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 08.01.2026 23:22
“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO
Siyasi / 08.01.2026 14:22
Bu il Qərbi Azərbaycana qayıdışla bağlı nələr gözlənilir? – ANONS - VİDEO
Elm və təhsil / 07.01.2026 22:58
“Hay etnogenezi mifdir və süni tarixi prosesdir” - VİDEO
Elm və təhsil / 07.01.2026 14:22
Hay–erməni fərqi niyə gizlədilir? – ANONS - VİDEO