Maraqlı 17.01.2024 20:29

Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin məkrli siyasətinin hədəfi seçilən, rus və erməni millətindən olan ayrı-ayrı  şəxslərin adını vermək bəһanəsi ilə toponimi dəyişdirilən Ellər rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ellər rayonunun adı niyə 4 dəfə dəyişdirilib?” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılmasından, məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olduğu bildirilir.

Qeyd olunur ki, Ellər rayonu Qərbi Azərbaycanın Qırxbulaq mahalı ərazisində yerləşən qədim oğuz yurdlarından biridir: “Bütün dövrlərdə azərbaycanlıların yaşadığı bu məkan orta əsrlərdə Qırxbulaq mahalı adı ilə İrəvan xanlığının tərkibinə daxil olub. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində Ellər rayonunun da əhatə olunduğu  mahalda 26 kənd dağıdılıb. 1905-ci ildə isə Ellər rayonu ərazisində üç kənd tamamilə məhv edilib. Həmin ildən başlayaraq azərbaycanlılar sıxışdırılıb və 1906-cı ildən burda ermənilər məskən salıb. Nəhayət, 1930-cu il sentyabrın 9-da ərzisi 844 kvadrat kilometr olan Ellər rayonu yaradılıb. 1961-ci il oktyabrın 12-dək Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. 1990-cı ildə isə Abovyan bölgəsi yenidən Kotayk adı ilə əvəz olunub. Buradan İrəvan şəhərinə olan məsafə 16 kilometr təşkil edir”.

Diqqətə çatdırılır ki, Stalin tərəfindən azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarının  imzalanmasından sonra Ellər rayonu üzrə vəziyyət daha da acınacaqlı hal alıb: “Məhz bu rayon 1948-1951-ci illərdə baş verən köçürmə siyasətinə ən çox məruz qalan məkanlardan biridir. Həmin illərdə rayonun türk əhalisi Azərbaycana köçürülüb. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılıb. 1988-ci ilin son deportasiyasında azərbaycanlıları bu ərazilərdən tamamilə çıxarmaqla ermənilər addəyişmə əməliyyatlarını daha da asanlaşdırıblar. Belə ki, rayon üzrə, təqribən, 30-dan çox tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə inzibati mərkəzi Axta, yəni dəyişdirilmiş adı  Hrazdan olan Kotayk mərzliyi yaradılıb. Bu mərzliyə Ellər rayonu, yəni Abovyan, Dərəçiçək, yəni  Tsaxkadzor şəhəri, eləcə də Byureqavan və Çarentsavan şəhər tipli qəsəbələri daxildir”.

Sonda vurğulanır ki, oğuz yurdlarına yerləşdirilən gəlmə ermənilər Qərbi Azərbaycan ərazilərini hərtərəfli zəbt etməklə yanaşı, həm coğrafi, həm də siyasi saxtakarlıq üzrə məşhurluq qazanıblar: “Özlərini dünyaya məsum göstərən ermənilərin bu cür bəd əməllərinin qurbanı isə daim Qərbi azərbaycanlılar olub. Lakin bütün çətinliklərə baxmayaraq, oğuz türkləri doğma yurd yerlərinə yenidən qayıdışın sevincini yaşayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 17-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 17.01.2024 20:29
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO
Siyasi / 17.01.2024 14:15
Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO
Dünya, Siyasi / 16.01.2024 20:08
“Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 16.01.2024 19:53
“Ermənilər həqiqəti gizlətmək üçün Moskva kitabxanasından qəzet nüsxələrini oğurlayıblar” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 16.01.2024 15:06
İrəvanın gerçək tarixi ermənilərin dili ilə – ANONS
Siyasi / 16.01.2024 14:39
“Qərbi azərbaycanlılar Xankəndiyə köçürülsünlər” – TƏKLİF
Dünya, Təhlil / 16.01.2024 14:32
Erməni ideoloqların və KİV-lərin tarixi təhrif etmə metodu – TƏHLİL
Müsahibə / 16.01.2024 13:05
Qaçaq Qurbanı ermənilərdən kim xilas edib? – ANONS - VİDEO
Mədəni / 16.01.2024 09:50
Təəssübkeşlik və elə-obaya bağlılıq – 60 ilin həyat kredosu
Müsahibə / 15.01.2024 21:19
“Qərbi Azərbaycan 50 milyonluq xalqın prioritet məsələsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 15.01.2024 17:40
Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu göndərib
Maraqlı, Sosial / 13.01.2024 22:12
Qədim Babacan əhalisi hansı səbəbdən keçmişdə kəndi tərk edib? - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 21:03
“Erməni qadın anama demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 14:05
“35 ildir yurdüm üçün qəlbim sızlayır” – Aidə Xudaverdiyevanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.01.2024 12:45
MEDİA üç yaşını qeyd edir
Hərbi, Siyasi / 11.01.2024 20:29
Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO
Siyasi / 11.01.2024 15:31
Rəsmi İrəvanın “güzgü prinsipi” hiyləsi – ANONS - VİDEO
Siyasi / 11.01.2024 13:53
İlham Əliyevin ismarışı – İrəvanın sülh prosesində qeyri-ciddiliyi – TƏHLİL
Gündəm, Maraqlı / 10.01.2024 20:16
Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO
Dünya, Təhlil / 10.01.2024 15:47
Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyən Fransa niyə dəyişir – TƏHLİL
Sosial / 10.01.2024 13:29
“İzi itirilən oğuz yurdu – Düzkənd rayonu” – ANONS - VİDEO
Müsahibə / 09.01.2024 23:12
Qərbi azərbaycanlılar doğma yurda qayıda biləcəkmi? - VİDEO
Dünya, Sosial / 09.01.2024 21:12
“İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 09.01.2024 20:22
“Ermənilər gələcəkləri üçün azərbaycanlılarla dost olmalıdılar” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 09.01.2024 14:51
İrəvan – bir qalanın sirri – ANONS - VİDEO
Gündəm / 09.01.2024 13:56
“Sənət adamları “barışıq damarı” tapmalıdırlar” – ANONS - VİDEO