Maraqlı 29.12.2023 20:10

“Urudda uşaqlığımın şirin anlarını yenidən yaşamaq istəyirəm” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Anam 1918-ci il qaçaqaçında yolda doğulub” adlı buraxılış Zəngəzur mahalının, Qarakilsə (Sisiyan) rayonunun Urud kənd sakini Elşad Qurbanovun  həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı, gözəl təbiəti, iqlimi olan, dağlarla əhatə olunan kəndin qədim tarixə maılik olduğunu, uşaqlıq illərində yaşadığı gözəl anları, dağlarda, yaylaqlarda, meyvə bağlarında və bulaq başında keçirdiyi maraqlı günləri, uşaq vaxtı oynadıqları milli oyunları, Novruz bayramının təmtəraqlı keçirildiyini xatırladıb.

E.Qurbanov orta məktəb müəllimlərini unutmadığını, hər gün üç kilometr yarım yolu soyuq, qarlı havada qonşu kəndə oxumağa getdiyini deyib: “İndi məni ora dartan qüvvə var. İnsanlar yaşlaşdıqca Vətənə doğru meyllənir. Adət-ənənəsi, gözəl təbiəti olan, tarixi abidəsi olan yerlərə insanı istər-istəməz cəlb edir, getmək istəyirsən. Ora qayıdanda ilk olaraq qəbiristanlığa gedib ağır seyid olan Mir İsmayıl Ağanın dağıdılmış məqbərəsini ziyarət edəcəyəm”.

Urud kənd sakini 1918-ci il qırğınlarından danışaraq kövrəlib: “O vaxt ata babamı ermənilər öldürüblər. Anam 1918-ci il qaçaqaçı zamanı Laçın yolunda doğulub və anası uşağı qoyub gedib. Sonradan onu kimlərsə gəlib aparıb. 1918-ci ildəki deportasiya bizim ailəmizdən yan keçməyib. Ən ağır deportasiyalardan biri olub.  Andranik o vaxt Türkiyədən qaçıb İrəvan istiqamətinə, Naxçıvana, o tərəfdən Zəngəzura gəlib və Azərbaycan əhalisinin xeyli qırğınına səbəb olub”.

Onun sözlərinə görə, 1988-ci ildə doğma yurddan məcburən çıxarılıblar: “Saqqallı erməni silahlı dəstələrinin Qərbi Azərbaycanda xeyli fəsadlar törədir, maşınları yandırır, insanları öldürür və kəndlərə hücumlar edirdilər. Biz məcburən 1988-ci ildə Füzulinin Govşatlı kəndinə getdik, valideynlərim 1992-ci ilin martına qədər orada məskunlaşdılar. Mart ayında Fizuli erməni işğalçıları tərəfindən işğal olundu və oradan Bakı şəhərinə gəldik”.

E.Qurbanov sonda doğma kəndə qayıdacağına əmin olduğunu bildirib: “2022-ci ilin dekabrın 24-də  Prezident ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında dedi ki, biz Qərbi Azərbaycana, ata-baba torpaqlarımıza qayıtmalıyıq və qayıdacayıq. Ona görə inanıram ki, mütləq qayıdış olacaq. Çox inanıram ki, oranı görəcəm, gedib orada yaşayacam. Ona görə tam inanıram ki, həmin yerllərə qayıdacağıq. Mənim orada çox şirin anlarımı yenidən yaşamaq istərdim”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO