Gündəm 04.06.2026 13:12

Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO

Bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşməsindən 5 il ötür. Nəticədə çəkiliş qrupunun iki üzvü – Məhərrəm İbrahimov, Sirac Abışov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha dörd nəfər isə yaralanıb.
Rakus.az xəbər verir ki, bununla əlaqədar onun məzarı ziyarət olunub, qəbri üstünə gül-çiçək dəstələri qoyulub, anım mərasimi keçirilib.Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.

Mərasimində şəhidin ailə üzvləri, AZƏRTAC-ın rəhbər və işçi heyəti, Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə bələdiyyəsinin rəhbər şəxsləri iştirak ediblər.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov, bacısı Sevda Əsgərova, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov və M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək, Məhərrəm İbrahimovun şərəfli ömür yolundan, onun hərbi jurnalistika tariximizə yazdığı qəhrəmanlıq salnaməsindən söz açıblar.

Sonra şəhidin evində ehsan süfrəsi açılıb.

Xatırladaq ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Göyçə mahalının Çəmbərək rayonu Ardanış kəndində anadan olub.
2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. 2021-ci il iyunun 4-də işğaldan azad olunan Kəlbəcər rayonunun, Susuzluq kəndi yaxınlığında çəkiliş qrupunu daşıyan avtomobilin minaya düşməsi zamanı həlak olub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyunun 2021-ci il tarixində imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşadığı evdə xatirə lövhəsi və baralyefi istifadəyə verilib. Həmin qəsəbənin keçmiş Sahilboyu küçəsi Şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyır. Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə 2025-ci il iyulun 22-də Məhərrəm İbrahimovun ömür yolundan bəhs edən “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı işıq üzü görüb və təqdimatı keçirilib.

XƏBƏR LENTİ
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”