İdman 09.10.2026 07:08

Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO

Oktyabrın 10-11-də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 3-cü turun oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, A və B qrupları üzrə şənbə və bazar günləri 4 qarşılaşma ilə yadda qalacaq. Belə ki, oktyabrın 10-da saat 17:00-da AzTV-Veteranlar, saat 18:00-da isə AZƏRTAC-Əmirxeyir mübarizəsi olacaq.

Komandaların heyətləri belədir:

AzTV – (forma-ağ) – Cavid Abbasov, Nurlan Budaqov, Fərid Məmmədov, Rufan Qasımov, Nəriman Rizivanov, Kamran Rizvanov, Eldar Soltanov, Fəxrəddin Zahidov, Ümid Süleymanov, Məhəmməd Fətəliyev, Rəşad Əhmədov, Elçin Cuvarov.  Məşqçi Teymur Qasımov, koordinator Zahir Bayramov.

Veteranlar – (forma- qara) – Abbas Rəhimov, Natiq Vəliyev,  Şükür Məmmədalıyev, Musa Məmmədov, Araz Qurbanov, Bayram Süleymanov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Elçin Mustafayev, Asif Abdullayev, Rəşad Məmmədalıyev, Aqil Qurbanov,  Murad Vəliyev, Müsayir Məmmədov, Asiman Məhəmmədəli, Zaur Hüseynov. Məşqçi İsrafil İsmayılov.

AZƏRTAC – (forma-sarı-ağ) – İlkin Cavanşirov, Balamir Əzimov, Roman İsmayılov, Natiq Musayev, Heydər Məmmədov, Vurğun Məmmədov, Elmir Səftərov, Fuad İsmayılov, Orxan Kərimov, Samir Hacıyev, Mikayıl Məmmədov, Rəşad Xudiyev, Abbasəli Yadigarov, Hikmət Əhmədov, Ziya Ağazadə, Vüqar Əmrullayev, Fərid Səlimov, Vüsal Nəbiyev.

Əmirxeyir – (forma – qırmızı) – Rauf Məhəmmədov, Elnur Ağamalıyev, Tural Nağıyev, Samir İbrahimov, Emil Qurban zadə, Ümman Ağamalıyev, İlkin Kərimli, Elvin Mustafayev, Ramazan Abbasov, Bəxtiyar. Komandanın rəhbəri: Murad Abdullayev. Məşqçi köməkçisi Fariz Ağamalıyev.

Oktyabrın 11-də isə B qrupu üzrə saat 17:00-da ATV-MEDİA, saat 18:00-da APA-Qaraqoyunlu komandaları üz-üzə gələcək.

Komandaların heyətləri belədir:

ATV – (forma-göy) – Emin Abbaslı (K),  Hüseyn Abasov, Rauf Hüseynov (Akifoğlu), Azər Nağıyev, Niyazi Səlimbəyli, Alim Kərimov, Rüstəm Rüstəmov, Famil Hüseynov, Hüseyn İsgəndərov, Orxan Əliyev, Ülvi Yafəzli, Əli Məmmədov.

MEDİA – (forma-qara-qırmızı) – Vüqar Qarayev, Elmir Məlikov, İman Məcidov, Əhməd Mahmudov, Cavidan Şükürov, Xanoğlan İmanov, Bağırağa Cəfərli, Əli Tağıyev, Məsim Məsimzadə, Vilayət Babayev, Rafiq Axundov, Ülvi İsmayılov, Muhammad Əliyev.

APA– (forma- qırmızı-qara) – Rasim Sultanzadə, Ulucay Məmmədov, Əmir Quluzadə, Ağa Cəfərov, Aqil Lətifov, Rahib Ələsgərov, Rüstəm Məmmədov, Murad Şirinov, İsmayıl Xeyrullayev, Kamran Məhərrəmov, Şair Abdulla, Rəşad Aslanlı.

Qaraqoyunlu – (forma- sarı) – Ramil Səfərov, Fuad Abdullayev, Tural Səfərov, Taleh Pirverdiyev, Təhmasib İsmayılov, Orxan Əsgərov, Əvəz Abdullayev, Firuz Zeynalov, Oktay Süleymanov, Harun Pirməmmədov, Bəşir Allahverdiyev, Şəhriyar Hacıyev, Niyaz Abdullayev, Əli Mamoyev, Baş məşqçi Pirməmməd Xəlilov, məşqçi köməkçisi Nürəddin Mustafayev.

Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri Ramin Nanazov və Kənan Məlikov idarə edəcəklər.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə

I TUR

17:00 — AzTV – AZƏRTAC – 4:2

18:00 — Veteranlar – Əmirxeyir – 4:2

 27 Sentyabr, Bazar

17:00 — ATV – APA – 10:4

18:00 — MEDİA – Qaraqoyunlu – 2:7

3 Oktyabr, Şənbə

II TUR

17:00 — Xəzər TV – Baku Ws – 6:1

4 Oktyabr, Bazar

16:00 — Zəfər-44 – Ardanış – 3:3

17:00 — CBC Sport – AnewZ – 5:0

18:00 — Gəncəvi Media – VƏTƏN 1:4

10 Oktyabr, Şənbə

III TUR

17:00 — AzTV-Veteranlar

18:00 — AZƏRTAC-Əmirxeyir

11 Oktyabr, Bazar

17:00 — ATV- MEDİA

18:00 — APA-Qaraqoyunlu

 

17 Oktyabr, Şənbə

IV TUR

17:00 — Xəzər TV –  Zəfər-44

18:00 — BakuWS –  Ardanış

18 Oktyabr, Bazar

17:00 — CBC Sport –  Gəncəvi Media

18:00 — AnewZ –  VƏTƏN

 

24 Oktyabr, Şənbə

V TUR

17:00 — AzTV –  Əmirxeyir

18:00 — AZƏRTAC – Veteranlar

25 Oktyabr, Bazar

17:00 — ATV – Qaraqoyunlu

18:00 — APA –  MEDİA

 

31 Oktyabr, Şənbə

VI TUR

17:00 — Xəzər TV  – Ardanış

18:00 — BakuWS – Zəfər-44

1 Noyabr, Bazar

17:00 — CBC Sport – VƏTƏN

18:00 — AnewZ – Gəncəvi Media

 

7 noyabr – 1/4

A1-B2 – 17:00

C1-D2 – 18:00

 

 8 noyabr – 1/4

17:00 B1-A2

18:00 D1-C2

 

14 noyabr – YARIMFİNAL

17:00 A1/B2 – C1/D2

18:00 B1/A2 – D1/C2

 

15 noyabr – 3-cü yer

FİNAL – MÜKAFATLANDIRMA

17:00/18:00

 

XƏBƏR LENTİ
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO
İdman / 03.11.2026 10:04
Altıncı tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Mətbuat / 02.11.2026 13:16
Telekanalların “YouTube” göstəriciləri: Baku TV birincidir - FOTO
Maraqlı, Sosial / 02.11.2026 11:45
Bu kənddə adamlar niyə yoxa çıxır? – KƏNDİNƏ QAYIT - VİDEO
Mədəni, Mətbuat / 02.11.2026 10:29
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi – RETRO BAKU - VİDEO
Gündəm / 02.11.2026 08:01
Xatirə Turnirində 6-cı turun nəticələri - FOTO
İdman / 01.11.2026 20:22
Xatirə Turnirində 1/4-ə vəsiqə qazanan 8 komanda bəlli oldu
Sosial / 31.10.2026 10:05
Qərbi Azərbaycan həqiqətləri: Unudulan kəndin hekayəsi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 30.10.2026 18:04
Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 30.10.2026 12:51
“Gərək arvadın sözünə 30 faiz qulaq asasan” – O VAXTLAR - VİDEO
İdman / 30.10.2026 11:14
Şəhid Jurnalistlərin Xatirə Turnirində 6-cı tur – qrup oyunları başa çatır - FOTO
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Hərbi / 29.10.2026 09:35
“İyulda qayıda bilərdi, amma…” - VİDEO
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO