Hadisə 10.02.2020 12:38

“Məni və bacımı döydülər” – Elza ağladı - VİDEO

“Öz qərargahımdayam, əlimdə saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində – Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu. Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı. Dövlət başçısını aldadan insanlardır”.

Rakus.az xəbər verir ki, istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayımda deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni döyüldüyünü iddia edib. İfaçı ağlayaraq bu sözləri deyib:

“Bu yerə zülmlə gəlmişəm. Bizə təhqiredici təzyiqlər göstərdilər. Sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Dəyməz belə qırğına. Xalqı dövlət başçısından küsdürmək olmaz. İnsanlara yazığınız gəlsin. Kiminsə öz cibi, balasının yaxşı yaşaması üçün milləti incidirlər. Mənə millət vəkili olmaq lazım deyil, onsuz sənətkar kimi Allah tərəfindən seçilmişəm.

Bilmirsiniz nələr baş verir. Kaş bu yolu gəlməzdim. Biz sənətkar kimi xalqa lazımıq. Bülletenlərdə Qurbanov Sadiqin adı yazılıb. Yeni Azərbaycan Partiyasının adına ləkədir. Partiyanın fəxri üzvüyəm. Amma məni düşmən kimi qarşıladılar. Nə qədər saxta bülletenlər atdılar. Qorxumdan qaçıb gəldim qərargahıma. Bacım Mehriban qadının alt paltarından tapıb bunları. Bir kişi bacımın üstünə atıldı ki, onu döysün. Onun əlindən kağızları alıb qaçdım. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Sadiq Qurbanov deyir ki, millət vəkiliyəm, pulumu da vermişəm.

Günlərdir evimizdən, balalarımızdan, sənətimizdən uzaq düşüb, çalışırıq. Xalqın qayğısına qalmaq üçün çalışdıq. Bacımı da, məni də döydülər, qaçdıq oradan. Seçki Komitəsinin sədri Məzahir Pənahova səslənirəm, bunu araşdırın”. (axşam.az)

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 20.11.2026 11:05
Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Maraqlı, Siyasi, Sosial / 20.11.2026 09:16
Qərbi Azərbaycan Həqiqətləri: Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları - FOTO - VİDEO
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Gündəm, Hərbi, Siyasi / 20.11.2026 00:01
Yaddaşdan silinməyən tarix: Qarakənd faciəsi 35 - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO