Səhiyyə 16.03.2023 10:31

Azərbaycanlı alimin Almaniyada yeni elmi tədqiqatı, növbəti beynəlxalq uğuru

Elmi arenada öz dəst-xətti ilə seçilən komandamızın çox önəmli bir elmi tədqiqatı tibb sahəsinin nüfuzlu elmi jurnallarından olan “Journal of Neurology”də çap edilib.
Rakus.az xəbər verir ki, bu barədə Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, “Patterns of acute ischemic stroke and intracranial hemorrhage in patients with COVID-19 : Results of a retrospective multicenter neuroimaging-based study from three central European countries” adlı tədqiqatımızda COVID-19 ilə işemik beyin insultunun, eləcə də beyin qanamalarının əlaqəsini və rast gəlmə tezliyinə elmi formada aydınlıq gətirdik: “Tədqiqatın adından da göründüyü kimi bu elmi uğur 3 Mərkəzi Avropa ölkəsinin dataları əsasında ərsəyə gəlib. Elmi tədqiqatda mənim üçün xüsusi qürurverici iki məqam var. Bunlardan birincisi tədqiqatla Avropanın insult xəstələrinə yanaşma siyasətinin əsasının təşkil edilməsidir ki, bu da COVID-19 xəstələrində ciddi şəkildə nəzərə alınacaq.
Digər önəmli məsələ isə rəhbəri olduğum klinikada bu cür elmi nailiyyətə ilk olaraq məhz mənim imza atmağımdır ki, beləliklə də bununla klinikamızın adı Avropada yüksək yerlərdə səslənəcək.
Bütün bunlar bir daha onu göstərir ki, davamlı inkişafın yolu elmdir. Yollarınız hər zaman elmli olsun! Xoşbəxtəm!”
Xatırladaq ki, o, 2023-cü ilin yanvarın 1-dən fəaliyyətinə Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru olaraq davam edir. O, Almaniyanın 33 yaşında bu vəzifəyə təyin olunan ən gənc klinika rəhbəridir. Almaniyanın üçüncü ən böyük – 600 min əhalisi olan bir bölgəsinə (der drittgrößte Landkreis) cavabdeh olan klinikanın rəhbəri olmaqla, ona Almaniyada yeni texnologiya və innovativ üsullarla radioloji və neyroradiolji diaqnostik və müalicə metodlarının inkişafı və insult xəstələrinə göstərilən tibbi xidmətin ən üst səviyyəyə çatdırılması kimi çox önəmli missiya həvalə olunub.  N.Abdullayev bu təyinata qədər Köln Universiteti Klinikasında şöbə müdiri vəzifəsində çalışıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO