Maraqlı 22.09.2023 20:00

“Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq” adlı veriliş Qərbi Azərbaycanın Loru mahalının, Kalinino (indiki Taşir) rayonunun Qızılşəfəq kənd sakini Nazirə  Dəmirçiyevanın həyat hekayəsinə həsr olunub.

O, doğulduğu, böyüdüyü kənddə uşaqlıq, orta məktəb və yeniyetmə çağlarının çox gözəl keçdiyini deyib: “Sinif yoldaşlarım, qonşular, uşaqlar həmişə bir yerdə, bir məhəllədə çox gözəl, mehriban, bir ailə kimi dolanmışıq, günlərimiz bir yerdə keçib. Çiling-ağac, beş daş, voleybol, qaçdı-tutdu, gizlən qaç oynayırdıq. Meşəyə, bulağa gedərdik, Novruz bayramını təmtəraqlı keçirərdik”.

Ən çox mənim ən yaralı yerim oradı. Ona görə ki, mənim anam 1988-ci ilin oktyabrın 20-də özü xəstəliyindən rəhmətə gedib. Amma elə bir moment rəhmətə gedib ki, biz onda kənddən çıxmışıq.

Onun sözlərinə görə, 1988-ci il oktyabrın 20-də anasını itirdiyini, həmin il dekabrın 16-da kəndi tərk edib: “Oradan ən böyük aldığım zərbə anam Dəmirçiyeva Ruqiyyə Hüseyn qızının dünyadan köçməsi oldu. Bu, məni çox sızıldadır. İstəyərəm, geri qayıdam anamı ziyarət edəm. Heç anama baş daşı qoyulmayıb. Anam babamın yanında basdırılıb”.

N.Dəmirçiyeva qaçqınlıq dövrünün çətinliklərindən, əvvəlcə Yevlax rayonunun Şilyan kəndində, sonra isə Oğuz rayonunda məskunlaşdıqlarını, Vətən həsrətinin onun üçün çox ağır olduğunu bildirib.

Həyat hekayəsinin həm maraqlı, həm də kədərli olduğunu vurğulayan N.Dəmirçiyeva Qərbi Azərbaycandan köçən zaman böyük zərbə aldığını söyləyib: “Kəndimə ürəklə, qaça-qaça gedərəm. Orada mənim əzizlərim, var, cavan ana itirib orada qoyub gəlmişəm. Getsəm sanki yenidən doğulmuş kimi həmin həyatımı yaşayaram. Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq. Biz yenidən həmin yerlərimizə qayıdıb orada yaşayacağıq. Biz orada doğulmuşuq, yaşamışıq, amma bizə çox böyük haqsızlıq olub. Orada erməni o qədər olmayıb. Sonradan haradansa gəlib çoxalıblar. Bizim kəndin təbiəti, havası, suyu gözəl olduğu üçün Vətənə qayıdacağıq. Ora bizim dədə-baba yurdumuzdur, yaşayış yerimizdir. Həyatımızın ən gözəl günlərini orada yaşamışıq. Ona görə, İnşallah, biz ora qayıdacağıq”.

Övladları Murad və Seymur Həsənli qardaşları da analarının kəndinə getmək istəyirlər: “Biz həmişə oranı beynimizdə canlandırırıq. Ora çox qəşəng, təbiəti gözəl kənddir. Ora getməyi çox istəyərik. İnşallah gələcəkdə ora gedəcəyik, orada yaşayacağıq. Anam həmişə danışır ki, oranın gözəl təbiəti, gözəl çayları var. Anamızın doğma yurduna getmək istəyirik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 22-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO