“Gərək arvadın sözünə 30 faiz qulaq asasan” – O VAXTLAR - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Gülnarə Aydının “O Vaxtlar” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişin budəfəki qonağı Novxanı sakini Fəxrəddin Əliyev olub.
O, söhbət zamanı keçmişdəki ailə dəyərlərindən, uşaqlıq xatirələrindən və həmin dövrün evlilik adət-ənənələrindən danışıb.
101 yaşında vəfat edən babasının həyatından bəhs edən Fəxrəddin Əliyev onun üç dəfə evləndiyini və ailədə mövcud olan münasibətləri xatırlayıb: “Üç xanımından ikisi bir evdə yaşayırdı. Dalaşmır, bir-birinə ağır söz demirdilər. Süfrə açılarkən kiçik nənəm yemək qazanını böyük nənəmin qarşısına qoyardı, böyük nənəm isə əvvəlcə babama yemək çəkərdi”.
Müasir ailə münasibətlərindən və həyat təcrübəsindən də danışan Novxanı sakini kişilərin həyat yoldaşlarına münasibəti ilə bağlı fikirlərini bölüşüb: “Kişi gərək həyat yoldaşının, özü də yaxşı həyat yoldaşının – evi yıxan yox, evini qoruyan qadının sözünə heç olmasa 30 faiz qulaq assın. Mən 25 faiz qulaq assaydım, belə olmazdım. İndiki bəzi ailələrdə isə hər şey başqadır. Məsələn, müğənnilər arasında boşanmaların şahidi oluruq. Amma ağıllı-kamallı xanımlara heç kim bir kəlmə də pis söz deyə bilməz”.
Veriliş oktyabrın 30-da Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














