Maraqlı 13.12.2023 20:47

Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə hayların mənəvi terrorunun, addəyişmə siyasətinin və tarixi saxtalaşdırma əməliyyatının tərkib hissəsinə çevrilən Böyük Qarakilsə rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilərin coğrafi terroru – itirilən izlər” adlı süjetdə Çar Rusiyasının Qafqazı zəbt etmək siyasəti nəticəsində erməni-hay adlı etnik toplumun regiona ayaq açması ilə bu bölgədə təkcə fiziki-mənəvi yox, həm də coğrafi terrorun gücləndiyi, bu çirkin planın Qərbi Azərbaycanın başqa məkanları kimi, Böyük Qarakilsə rayonunun timsalında özünü daha aydın göstərdiyi vurğulanır.

Bildirilir ki, İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində yerləşən Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Qərbi Azərbaycanın Loru və Pəmbək mahalının bir hissəsi məhz Böyük Qarakilsə rayonunun ərazisinə düşür. Bu toponim alban məbədinin adı əsasında yaranıb. Tarixi mənbələrdə göstərildiyi kimi, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni havadarlarının himayəsinə keçdikdən sonra Loru-Pəmbək bölgəsində məskunlaşmağa başlayıb. Pəmbək çayının sağ sahilində yerləşən Qarakilsə kəndinin əsası 1828-ci ildə qoyulub.

Qeyd olunur ki, Ermənistan SSR-nin rayonlaşdırılması zamanı Pəmbək mahalının ərazisi əsasən Böyük Qarakilsə – sonralar Kirovakan və Quqark rayonu, Hamamlı – sonralar Spitak rayonu arasında bölünüb: “Təxminən, 26 kəndi olan Böyük Qarakilsə rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb və 1935-ci il yanvarın 3-dək Böyük Qarakilsə (1930–1935) adlanıb. Sonra Kirovakan, Vanadzor və Quqark adlandırılıb. Nəhayət 1995-ci il noyabrın 7-də Ermənistan parlamentinin qərarı ilə Böyük Qarakilsə (Quqark), Kalinino – yəni Taşir, Hamamlı (Spitak), Calaloğlu (Stepanavan), Allahverdi (Tumanyan) rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilib və inzibati mərkəzi Böyük Qarakilsə şəhəri hesab edilir”.

Diqqətə çatdırılır ki, 1980-ci ildə Böyük Qarakilsədə yaşayan əhalinin sayı 149 min olub və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. 1988-ci ilə qədər azərbaycanlılar bu ərazidə yaşasa da həmin ilin payızından yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bundan sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə 28 tarixi yer adları dəyişdirilib.

Sonda vurğulanır ki, tarixin saxtalıq sevmədiyi hamıya gün kimi aydındır: “Hansı etnos saxtakarlığa əl atırsa, bu, onun keçmişinin yoxluğu deməkdir. Keçmişi olmayanın isə gələcəyi heç vaxt olmur. Ona görə də əminik ki, qədim yaşayış məskənlərimizin sahibləri tarixi torpaqlarımızın saxtalaşdırılmasına heç vaxt göz yummayacaq, doğma yurda qayıdıb yaşamaq hüququnu yenidən bərpa edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında dekabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO