Siyasi 30.08.2024 21:04

“1988-ci il iyununda 3 kənd sakinini yolda faciəli sürətdə öldürdülər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Nömrəsiz maşınlarla hər gün elan verirdilər ki, kəndə hücum olacaq” adlı veriliş Dərəçiçək mahalının Axta rayonunun Axundov kənd sakini Valeh Novruzovun həyat hekayəsinə həsr olunub.

O, kənddə keçirdiyi günlərdən söz açıb və deyib ki, Dərəkçək mahalı  güllü-çiçəkli yer idi. Yayı da gözəl idi, payızı da gözəl idi, qışı da gözəl idi, yazı da gözəl idi. Orada qayğısız uşaqlıq illərimiz çox gözəl keçib.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda, o cümlədən Dərəçiçək mahalında vaxt ilə azərbaycanlılar yaşayıb: “Babalarımız, atalarımız həmişə danışırdılar ki, 1915-ci ildə onların başına nə oynlar açıblar. Ölən ölür, qalan da Türkiyəyə, Qarsa gedir. Ermənistanında 1921-ci ildə sovet hakimiyyəti qurulur və onlar təzəndən Dərəçiçmək mahalına qayıdırlar. 1948-1953-cü illədə yenidən Stalin və Mikoyanın sövdələşməsi nəticəsində Qərb Azərbaycandan, o cümlədən Dərəçiçək mahalından əhalini Saatlı və Sabirabad rayonlarına köçürdürlər. 1953-cü ildə Stalin dünyasını dəyişəndən sonra onlar yenidən Dərəçiçək mahalına qayıdırlar və orada yaşayırlar. Nəhayət, 1988-ci ildə bu, kuliminasiya nöqtəsinə qədəm qoydu və son deportasiya reallaşdırıldı”.

V.Novruzov erməni xüsilətinin, hayların azərbaycanlılara qarşı gözəgörünməz düşmənçiliyinin şahidi olduğunu deyib: “Onlar çox qəlbi qara, xislətli, daşnak, gavur bir millət idilər. Orada azərbaycanlılara iş vermirdilər. Ermənilər 1988-ci ilin fevral ayında  Razdan Maşınqayırma Zavodunda işləyən azərbaycanlıları döymüşdülər. Rayona getmək mümkün deyildi. Kəndlərimiz blokadaya alınmışdı. Kəndimizdə rayon rəhbərliyinin iştirakı ilə  böyük mitinq oldu. Mitinqdə şərt irəli sürdük ki, bizim təhlükəsizliyimiz mütləq təmin olunmalıdır. Tələbi möhkəm qoyduq və bir gün sonra kəndə 15 nəfərə yaxın əlində avtomatlı rus əsgəri gəldi. Buna baxmayaraq, artıq orada yaşamaq qeyri-mümkün idi. 1988-ci ilin yay aylarında cammat çıxdı. Bizi yolda çox incitdirlər və bir təhər Qazax rayonuna gəldik”.

O sonda Vətən həsrətindən danışıb: “Biz Qərb Azərbaycandan 36 ildir gəlmişik. Geclər mən yuxumda oranı görürəm. Torpaqlarımız “dəmir yumruğun” hesabına işğaldan azad edildikdən sonra bizə Qərbi Azərbaycana qayıtmaq üçün ümid qığılcımı yarandı. Arzum budur ki, gedəm orada babalarımızın qəbirlərini görəm. O ruhlar bizi səsləyir. İnşallah, gedib uşaqlıq illərində gəzdiyim yaşıl çəmənləri, əzəmətli dağları, bulaqları görəcəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 30-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO