Dini şəxsi mənafeyə çevirənlər kimlərdir? – AMİN - VİDEO
Bu gün Baku Tv-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Müşfiq Ötgünnün hazırladığı “Amin” verilişinin növbəti buraxılışı yayımlanıb.
Rakus.az xəbər verir ki, yeni buraxılışda ilahiyyatçı Atif İsmayılovla Məhərrəmliyin mahiyyəti mövzusu müzakirə olunub.
Onun sözlərinə görə, yaradılışın təməlində insanlara təmənnasız xidmət etmək missiyası dayanır: “İnsan başqalarına xidmət üçün yaradılıb. Peşəsindən asılı olmayaraq hər kəs cəmiyyətə xidmət edir. Əsl xidmət qarşılıq gözləmədən, sidqi-ürəklə ediləndir. Müasir dövrdə isə adamların hər addımda qazanc güdməsi insanlığın mənəvi aşınmasıdır”.
İlahiyyatçı həmçinin dində kor-koranə təqlidçiliyin fəsadlarına toxunub: “Təəssüf ki, islam ümməti dini etiqadda kor-koranə təqlidə yönəldiyi üçün “Quran”dan uzaq düşüb. Halbuki “Quran” inanc məsələlərində təqlidi qadağan edir. Əgər müsəlmanlar öz inanclarının təməli olan “Qurani-Kərim”ə istinad etməsələr, cəhalət hakim düşüncəyə çevrilər. Belə olduqda isə insanlar öz nəfsi istəklərinə uyğun olaraq həmin cəhalətə bəraət qazandıracaq dəlillər axtararlar. Halbuki “Qurani-Kərim” bəşəriyyəti nura və həqiqətə dəvət edən bir kitabdır”.
Veriliş iyulun 15-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














