Dünya 02.07.2026 17:50

Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO

Gürcüstan Mərkəzi Asiya (Türküstan) ölkələri ilə əlaqələri gücləndirir. İyulun 2-3-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tbilisiyə ilk dəfə ikigünlük dövlət səfəri edəcək.

Özbəkistan lideri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə danışıqlar aparacaq, ticarət və investisiyalara dair müzakirələr olacaq, biznes-forum keçiriləcək, iki ölkə arasında bir sıra sənədlər imzalanacaq.

Özbəkistan Türküstanın güclü iqtisadiyyata malik ölkələrindəndir. O həm də Gürcüstan üçün cəlbedici bazar sayıla bilər. Bununla yanaşı, Mərkəzi Asiyanın adıçəkilən dövləti inkişaf etməkdə olan sənayeyə malikdir.

Özbəkistanın dənizə çıxışı yoxdur. Bununla belə, müasir dövrdə quru iqtisadi-ticarət və nəqliyyat dəhlizlərindən asılılıq yüksəkdir. Eyni halda dəniz limanları, dəmir yolu əlaqələrinin və tarif rejimlərinin şaxələnməsi də aktual sayılır. Mərkəzi Asiya ölkəsi Gürcüstan vasitəsilə Qara dənizə və Avropaya çıxış əldə etmək imkanı qazanır. Bu baxımdan, Gürcüstan Özbəkistan üçün əhəmiyyətli olduğu qədər qarşı tərəf də Türküstanla əlaqələrin güclənməsi, inkişafı baxımdan önəmlidir.

Bu əlaqələri genişləndirməklə rəsmi Tbilisi Çin-Qırğızıstan-Özbəkistan nəqliyyat dəhlizinə qoşulmaq imkanı əldə edir. Özbəkistan isə Azərbaycan daxil olmaqla Xəzər hövzəsi ölkələri və Gürcüstanla birlikdə Avropa ilə birləşmək kimi strateji hədəfə çata bilir.

Məhz buna görə Gürcüstan istiqaməti Daşkənd üçün yeni əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstan vasitəsilə Özbəkistan Xəzər, Qara dəniz və daha sonra Avropa bazarları ilə əlaqə əldə edir. Bu baxımdan, Özbəkistanın Orta Dəhlizə qoşulması bu prosesin məntiqi davamı olur. Transxəzər marşrutu təkcə alternativ nəqliyyat yolu deyil, həm də regional və qlobal mənada həssas istiqamətlərdən asılılığı azaltmaq yolu kimi vacibdir.

Rusiyanın Ukraynada apardığı müharibə, Moskvanın malik olduğu tranzit nəqliyyat yollarından siyasi təzyiq aləti olaraq mümkün istifadəsi, habelə Yaxın Şərqdə qeyri-sabitlik, sanksiya məhdudiyyətləri, ənənəvi yolların həddən artıq yüklənməsi və logistikanın siyasiləşdirilməsi Özbəkisitanın Azərbaycan vasitəsilə Gürcüstanın və əks istiqamətdə marşrutların əhəmiyyəti artır.

Odur ki, Tbilisi və Daşkənd üçün bu istiqamət rahatlıqla yanaşı, perspektivdə manevr etmək imkanlarının artmasıdır.

Bu, həm də Gürcüstanın Mərkəzi Asiyanın nəqliyyat və xarici iqtisadi marşrutlarına fəal qoşulmaq niyyətini göstərir.

Bəziləri elə zənn edirlər ki, Gürcüstanın Özbəkistanla münasibətləri inkişaf etdirməsi rəsmi Bakının regional rolunu azalda bilər. Ancaq sirr deyil ki, Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında birləşdirici kimi aparıcı rola malikdir. Ona görə də Azərbaycanın hər iki ölkə ilə münasibətlərinin strateji səviyyədə olduğunu nəzərə alsaq, Tbilisi-Daşkənd münasibətlərinin inkişafında da onun ənənəvi aparıcı rolu artacaq. Çünki bu istiqamətdə Azərbaycan və Türkiyənin hədəf və maraqları da eynidir. O zaman Özbəkistan – Xəzəryanı Mərkəzi Asiya ölkələri-Azərbaycan-Gürcüstan-Türkiyə- Avropa kimi yeni əhatəli nəqliyyat marşrutunun fəaliyyəti Anadolu ilə Cənubi Qafqaz və Türküstanın birləşməsinə təkan verər.

Bu isə iki regionun yaxınlaşmasına əlavə imkanlar yaradar.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Bu isə rəsmi Bakıya Tbilisi və Daşkənd arasında etibarlı, faydalı, birləşdirici amil olmasına imkan verir.

Bu baxımdan, Gürcüstan Mərkəzi Asiya ilə əlaqələrini intensivləşdirir. Baş nazir İrakli Kobaxidzenin Tacikistan və Qırğızıstana səfərləri, Özbəkistanla danışıqlar, biznes-forumlar və nəqliyyat gündəliyi onların Mərkəzi Asiya istiqamətində əməkdaşlıq planlarını nəzərəçarpan edib.

Bu baxımdan, iki ölkə arasında imzalanacaq sənədlər bu səfərin əhəmiyyətini tam əks etdirə bilməz.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili gürcü-özbək biznes forumunda çıxış edərkən bildirib ki, iqtisadi cəhətdən Özbəkistan, Qazaxıstan, Azərbaycan böyüyür və ölkəsi də tərəfdaş ölkələrlə birlikdə böyüyür.

Odur ki, Gürcüstan iqtisadiyyatının güclənməsi və böyüməsi tərəfdaş ölkələrlə əlaqələrdən keçir. Nazir bu məsələni forumda açıqca vurğulayıb.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 325,7 milyon dollara çatıb. Ticarətin strukturunda Özbəkistan ixracı 72 milyon dollar, Gürcüstandan idxalın həcmi isə 253,7 milyon dollar təşkil edib. Son illər ərzində bu göstərici 3,7 dəfədən çox artıb.

İyunun 29-da isə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Astanda İrakli Kobaxidze ilə görüşüb. Rəsmi nümayəndə heyətlərinin üzvləri iki ölkənin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə ediblər.

Qazaxıstan lideri bildirib ki, Qazaxıstan Gürcüstanla – Cənubi Qafqazda zamanla sınaqdan keçmiş etibarlı tərəfdaşla olan köklü dostluq münasibətlərini yüksək qiymətləndirir.

Tərəflər arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat imzalanıb.

Qazaxıstanla Gürcüstan əlaqələrinin qurulması və inkişafında Azərbaycan strateji tərəfdaşları üçün ənənəvi birləşdirici rolunu oynayır. Tokayev bildirib ki, hər iki dövlət enerji sektorunda uğurlu əməkdaşlığı dəstəkləyir: “Biz Bakı – Tbilisi – Ceyhan neft kəməri ilə neft daşınması həcmlərini artırmaq niyyətindəyik”.

İrakli Kobaxidze, öz növbəsində, ölkələr arasında əməkdaşlıq və əlaqələrin münasibətlərin irəliləməsinə yardım etdiyini vurğulayıb.

Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafının əsas iştirakçıları kimi nəqliyyat-logistika infrastrukturunun inkişafı, konteyner daşımalarının genişləndirilməsi, tarif siyasətinin razılaşdırılması, həmçinin rəqəmsallaşmanın sürətləndirilməsi üzrə ardıcıl tədbirlərin görülməsini də qeyd ediblər.

Son beş ildə bu marşrut üzrə tranzit daşımaların həcmi 3,5 dəfə artıb. 2029-cu ilə qədər marşrut üzrə hərəkət edən konteyner qatarlarının sayının 3 000-ə çatacağı gözlənilir.

Qazaxıstan və Gürcüstan arasında ticarət dövriyyəsi 2025-ci ilin yekunlarına görə 184,5 milyon dollar təşkil edib. Cari ilin ilk dörd ayında qarşılıqlı ticarət 53 milyon dollara çatıb. Ticarətin əsasını aqrosənaye kompleksi təşkil edir. Ötən il kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi 116 milyon dolları ötmüşdü.

Tərəflərin qarşıdan gələn illərdə bu istiqamətdə göstəriciləri artırması üçün regional miqyasda şərait mövcuddur. Azərbaycanın vasitəçiliyi ilə onların potensial imkanlarının istifadə ediləcəyi gözləniləndir.

Bu il aprelin 6-da Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfəri zamanı İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirmişdi ki, qlobal geosiyasi dəyişikliklər, ümumiyyətlə, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır.

Azərbaycan lideri onu da vurğulamışdı ki, Asiya ilə Avropanı birləşdirən körpü kimi iki ölkə daşımalarda mühüm rol oynayır: “Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq”.

Prezidentin açıqlamasındakı bu məqamlar Azərbaycan-Gürcüstan münasibətlərinin Mərkəzi Asiya ilə əlaqələrin inkişafına təsirini xarakterizə etməyə imkan verir.

Gürcüstan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməklə uzun illər Avropa istiqamətində atılan addımların çox böyük fayda vermədiyi qənaətinə gəlir. O bununla ənənəvi Rusiya basqısını da yumşaltmağa, yaxud azaltmağa nail ola bilir. Belə ehtimal etmək olar ki, Gürcüstan bu əlaqələrlə Türk Dövlətləri Təşkilatı (TDT), Tacikistan, Pakistan, Əfqanıstan, Çin xəttinin fəal iştirakçılarından birinə çevrilməyi hədəfləyir. Bu ehtimalı reallaşdırmaqda ona ənənəvi olaraq Türkiyə və Azərbaycan dəstək verə bilər.

Gürcüstanın Mərkəzi Asiyaya üz tutması həm də TDT-nin daha etibarlı istiqamətdə olduğunu isbatlayır. Bu yol onu Şimaldakı “soyuq münasibətdən”, cənubdakı “isti hadisələrdən” qoruyar.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO