Dünya 24.06.2026 17:51

ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO

ABŞ-nin Kubaya təzyiqləri davam edir. Ötən gün Ağ Ev Kubada ÜDM-in 40 faizinə nəzarət edən dövlətin beş şirkətinə yeni sanksiya tətbiq edib.

“Azadlıq adası”nın Xarici İşlər Nazirliyi yeni yasaqları “amansız təcavüz” adlandırıb.

Sanksiyaya məruz qalan Kubanın beş dövlət şirkətindən üçü İnqilabi Silahlı Qüvvələri tərəfindən idarə olunan “Grupo de Administración Empresarial S.A.” (GAESA) biznes-konqlomeratına bağlıdır.

Təhlillərə əsasən, GAESA Kubanın ÜDM-nin təxminən 40%-nə nəzarət etməklə yanaşı, 2024-cü il hesabatına görə 14,5 milyard dollar həcmində likvid ehtiyatlara (istənilən aktivin, əmlakın və ya kapitalın dəyər itkisinə məruz qalmadan, qısa müddətdə nağd pula çevrilmə, yaxud öhdəlikləri ödəmə qabiliyyəti) malikdir.

Bu dövlət şirkətlərinə malların ixracı və idxalına, xarici investisiyalar, maliyyə əməliyyatları, eləcə də emal olunmamış polad istehsalı ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Kuba Milli Təhlükəsizlik Şurasının rəhbəri, keçmiş prezident Raul Kastronun oğlu Alexandro Kastronunun həyat yoldaşı Annali Lilliam Rueda Kardero da sanksiyaya məruz qalıb. O, Milli Təhlükəsizlik (Müdafiə) Şurasının strukturlarında dövlət vəzifəsi tutmur, hökumət məmuru deyil. Annali Kardero jurnalistdir. O, “Cuba en Resumen” kimi beynəlxalq nəşrlər üçün materialların müəllifi kimi çıxış edir.

Onun əri Alexandro Kastro da daxil olmaqla ailənin başqa üzvlərinə qarşı da sanksiya tətbiq edilib.

2018-ci ildən Milli Müdafiə Şurasının sədri, Kubanın Prezidenti Migel Dias-Kaneldir.

ABŞ-nin dövlət katibi Marko Rubio deyib ki, Kubanın hakim rejim ailə üzvlərinin varlanması, habelə repressiyaların, casusluğun və anti-Amerika fəaliyyətinin maliyyələşdirilməsi üçün GAESA-dan istifadə edir.

Kubanın xarici işlər naziri Bruno Rodriges yeni sanksiyaları “kollektiv cəzanın” davamı, Marko Rubioni isə “vicdansız və yalançı” adlandırıb.

Bu günlərdə Ali Məhkəmə ABŞ şirkətlərinin Fidel Kastro hakimiyyəti tərəfindən əmlakının milliləşdirilməsi ilə bağlı kompensasiya iddiası qaldırmaq hüququnu təsdiqləyib. Həmin qərar “Exxon” neft emalı zavoduna neft terminalları və 100-dən çox yanacaqdoldurma məntəqəsindən istifadə edən Kuba şirkətlərinə qarşı iddia qaldırmaq hüququ verir. 1960-cı ildə rəsmi Havana konsernin əmlakını müsadirə edərək onu dövlət mülkiyyəti elan etmişdi. Məlumatlara əsasən, şirkətin tələb edəcəyi kompensasiyanın məbləği təxminən bir milyard dollar ola bilər.

Ali Məhkəmənin qərarı ABŞ Prezidenti Donald Trampın mövqeyini gücləndirə, Havanaya təzyiqləri artırmaq üçün əsasları artıra bilər.

İqtisadi və hüquqi sanksiya ABŞ-nin Kuba hakimiyyətinə qarşı başqa tədbirlər həyata keçirməyi də planlaşdırdığını gizlətmir.

Ştatların hərb naziri Pit Heqsetin sözlərinə görə, ABŞ Kuba prezidenti Dias-Kanelin həm oğurlanmasını, həm də öldürülməsini nəzərdən keçirir: “Bütün bu variantlar masadadır”. Onun fikrincə, ABŞ müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Hərb naziri qeyd edib ki, ələkeçirmə və zərərsizləşdirmə variantları qalır.

P.Heqset əlavə edib ki, Havana ABŞ-nin təhdidləri ilə oynamamalıdır. O, Havananı hədələyərək bunun sonunun yaxşı olmayacağını da vurğulayıb, həmçinin Kuba rejiminə qarşı ciddi qərarların qəbul ediləcəyinin gözlənildiyini deyib.

Bir müddət əvvəl isə Donald Tramp Dias-Kanelə qarşı sanksiyalar tətbiq etmişdi.

Fidel Kastro Rus hakimiyyəti qardaşı Raul Kastroya ötürdü. Raulun ABŞ ilə münasibətləri normallaşdırması üçün onda müəyyən şərait yaranmışdı. Ancaq sovetlərdənqalma siyasi-ideoloji və geopolitik maraqlar Havananın xarici siyasətdə islahat aparmasını ənəgəlləmişdi. Raul 2018-ci ildə varis kimi Migel Dias-Kanelə prezidentliyi həvalə etdi. Onda da xarici siyasi kursa, xüsusən ABŞ ilə əlaqələrin qurulmasına yenidən baxılacağına ümid edilirdi. Ancaq o da ənənəvi kursu davam etdirdi.

Yeri gəlmişkən, qeyd edək ki, oxşar hadisələr qlobal miqyasda başqa ölkələrdə də müşahidə edilmişdi. Vaxtilə Suriyada atası Hafiz Əsədi əvəzləmiş Bəşşar Əsəd islahat aparmaq, Rusiya və İrandan uzaqlaşmaq, habelə xarici siyasi kursda dəyişiklik etmək kimi Ştatların, Türkiyənin tövsiyələrinə məhəl qoymadı. Bu səbəbdən də həyatının qalan hissəsini qaçaq kimi Rusiyada keçirməklə razılaşdı.

Yaxud ABŞ-nin beynəlxalq cinayətlərdə ittiham edərək həbs etdiyi Venesuela Prezidenti Nikolas Maduro da islahatlar aparmadığı, Uqo Çavesdən qalmış siyasi fəaliyyəti davam etdirdiyi üçün oxşar siyasi taleyi yaşadı. Bəşşar Əsəddən fərqli olaraq onu ABŞ-yə apardılar.

N.Maduro və həyat yoldaşı Siliya Flores ABŞ-nin “Mütləq Qətiyyət” əməliyyatı çərçivəsində 2026-cı il yanvarın 3-də tutulub. Ər-arvad “narkoterrorizm”, narkotik qaçaqmalçılığı və qanunsuz silah saxlama kimi maddələr üzrə ittiham olunub.

Suriya və Venesuelada prezidentlər devirildiyi zaman onların hakimiyyəti uğurunda müqavimət göstərənlər də elə çox olmadı. Ona görə də azsaylı bu dirənişi müqavimətsiz təhvil-təslim də saymaq olar.

Kastroların 1959-1960-cı ildən davam edən 66 illik hakimiyyətinin Kubada canfəşanlıqla müdafiə olunacağı ehtimalı da azdır. Çünki insanları yürüdülən siyasətin nəticəsi maraqlandırır. Nəticə onların güzəranına müsbət təsir göstərməyəndə hakimiyyətlə aralarında uçurum yaranır. Odur ki, hakimiyyətlərin dəyişməsində apolitik sayılan bu sosial təbəqə bir dəfə iştirak edir. Bu baxımdan, Suriya və Venesuelada onların susqunluğu vəziyyətin dəyişməsi ilə yekunlaşmışdı.

Kubada da mənzərədə bənzərlik var. 66 illik kastrolar rejimi Kuba cəmiyyətinin sosial, siyasi, iqtisadi, mədəni inkişafını “tormozlayıb”. “Azadlıq adası” ötən əsrin 80-90-cı illərini aşmaqda çətinlik çəkir.

Bir örnək göstərək. Ötən ay adada mazut və dizel yanacağı tükəndiyinə dair məlumatlar yayılmışdı. Kubanın Energetika Nazirliyindən bildirilmişdi ki, bu səbəbdən elektrik enerjisinin verilməsində fasiələlər artıb. Mart ayında Rusiyanın bu ölkəyə tədarük etdiyi 100 min ton neft uzun müddətə kifayət etməyib.

Onda Donald Tramp bəyan etmişdi ki, adaya istənilən ölkədən, o cümlədən Rusiyadan yanacaq tədarükünə etirazı yoxdur.

Kubanın energetika naziri Visente de la O Levi Mesa yancaq sahəsində vəziyyətin faciəli olduğunu bildirib: “Bizdə mazut, dizel yanacağı, ehtiyat tamamilə yoxdur”.

Onun sözlərinə görə, Havananın bir çox rayonlarında elektrik enerjisi sutkada 22 saat verilmir. Ölkə paytaxtında vəziyyət belədirsə, əyalətlərdə onun daha ağır olduğu istisna edilmir.

Havanada bu problemə etiraz olaraq “İşığı yandırın!”, “Birləşən xalq heç vaxt məğlub olmayacaq!” şüarları səslənib.

Vəziyyətin ağırlığını Prezident Migel Dias-Kanel də etiraf edib.

Kubada yaranmış vəziyyət ölkənin təhlükəsizliyini də təhdid edir. Bu isə kastroların və onların mal-mülkünü, hökmranlığını dəstəkləyənlərin, o cümlədən Prezident Migel Dias-Kanelin hakimiyyətinin Maduro aqibətini yaşayacığını tezləşdirir.

Kubada dəyişiklik ABŞ-nin Meksika boğazı və Karib dənizi hövzəsinə tam nəzarət etmək imkanını artırır. Bütün bunlar ölkədə Venesuela variantına hazırlığın görüldüyünü ehtimal etməyə əsas verir. Ona görə də “Azadlıq adası”nın düşdüyü vəziyyətə görə “halına yana gərək”…

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO