Dünya 30.06.2026 16:04

“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO

Rusiya ilə Ermənistan arasında əlaqələrin, münasibətlərin əsas göstəricilərindən biri də Federasiyanın Gümrüdəki hərbi bazasıdır. Bu baza Ermənistan cəmiyyətində və İrəvan-Moskva münasibətlərində yenidən aktuallaşıb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, İrəvan Gümrüdəki bazanın ləğvi məsələsini nəzərdən keçirmir: “Ermənistandan bazanın icarə müqaviləsi şərtlərinin yenidən nəzərdən keçirilməsi barədə hələ ki siqnallar daxil olmayıb”. Onun sözlərinə görə, Ermənistan rəsmi səviyyədə Gümrüdəki Rusiya hərbi bazasının ləğvi məsələsini nəzərdən keçirmədiyini də bəyan edib.

Nazir müavini qeyd edib ki, Moskva bu hərbi hissənin Ermənistan və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsinin dayaq olduğuna əmindir. XİN nümayəndəsi bu istiqamətdə narahatlıq doğuran səbəbi də gizlətməyib. Bildirib ki, Ermənistanda bəzi siyasi qüvvələr və qərbpərəst erməni QHT-lər iki ölkənin hərbi əməkdaşlığını, RF-nin bazasının mövcudluğunu qaralamağa, onu işğal aləti və ya Ermənistana qarşı qapalılığın, düşmənliyin bir sübutu kimi təqdim etməyə çalışırlar.

O, əminliklə vurğulayıb ki, bütün bu kimi cəhdlər mənasızdır: “Bu baza təkcə hərbi obyekt kimi deyil, həm də yerli sakinlər üçün bir növ cazibə mərkəzi kimi çıxış edir”.

Qaluzinin belə çıxışı təsadüfi deyil. İyunun 11-də Gümrüdə Böyük Vətən Müharibəsinin xatirəsinə həsr olunmuş “Ana Ermənistan” memorial kompleksi təhqir edilib. Onda Rusiyanın İrəvandakı səfirliyi bu hadisəni qəzəblə qarşıladıqlarını, onun adi xuliqanlıq olmadığını bildirmişdi. Rusiyanın diplomatik missiyası bunu Ermənistanla ortaq tarixi yaddaşa qarşı məqsədyönlü hücum və “Böyük Qələbə”ni təhqir etmək cəhdi kimi qiymətləndirmişdi.

RF XİN sözçüsü Mariya Zaxarova isə Ermənistan hakimiyyətinin bu hadisəyə reaksiya verməməsinə diqqət çəkib. Onun sözlərinə görə, ölkəsinə aid nişanələrin Ermənistanda təhqir edilməsi pis adətə çevrilir.

Zaxarova “Ana Ermənistan” kompleksində baş verən hadisəni iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərini müşayiət edən “cilovlanmamış anti-Rusiya kampaniyası”nın yaratdığını vurğulayıb. Rusiya rəsmisi bu kimi hallarla bağlı Ermənistanı hədələyib. O, Qərbi Avropada sökülən sovet hərbi abidələrinin müdafiəsi istiqamətində Rusiyanın planlı işini xatırladıb. Həmin abidələri qorumaq üçün Moskvanın diplomatik, dialoq yollarından istifadə etdiyini vurğulayıb.

Rusiya Ermənistanda baş verən bu kimi hadisələri bir qayda olaraq, sadəcə xuliqanlıq aktı deyil, iki ölkə arasında ortaq olan “tarixi yaddaşa məqsədyönlü hücum və Böyük Qələbəyə təhqir cəhdi” kimi adlandırıb.

İyunun 12-də isə bazada Ermənistan cəmiyyəti üçün “Açıq qapı” da keçirilib. Rusiya bu tədbiri keçirməklə ölkə sakinlərinin hərbi bazaya, deməli, RF-yə xoşməramlı münasibətini nümayiş etdirməyə səy göstərib.

Yeri gəlmişkən, ötən ilin avqustunda Gümrüdə Rusiya hərbi bazasının əleyhdarları və tərəfdarları aksiya keçirmişdi. Onlar RF hərbi hissəsinin ləğvini tələb edirdilər. Aksiyaçılar arasında Respublika Uğurunda Partiyası daha fəal idi. Təşkilatın sədri Arman Babacanyan bazanın ləğv edilməsinə münasibət bildirərək demişdi ki, bunu hakimiyyət etməzsə, onlar edəcəklər: “Biz onları məcbur edəcəyik ki, bu məsələni qarşıdakı seçkilərdə gündəliyin elə bir bəndinə çevirsinlər ki, hakimiyyət xalqın fikrini nəzərə almaq məcburiyyətində qalsın”.

Bu il iyunun 7-də ölkədə parlament seçkiləri keçirilib. “Ana Ermənistan” abidəsinə qarşı aksiya isə iyunun 11-də olub. Odur ki, qarşıdan gələn illərdə Gümrü bazasına qarşı yeni, daha geniş etiraz aksiyalarının keçiriləcəyini də ehtimal etmək olar.

Bu, Rusiya elementlərinə qarşı Ermənistanda baş vermiş ilk hadisə deyil. 2019-cu ilin dekabrında çar Rusiyasının Qafqaz üzrə nümayəndəsi Aleksandr Qriboyedovun heykəli boya ilə rənglənmişdi. Bu aksiyanı törədən Arutyunyan adlı şəxs bildirmişdi ki, hakimiyyətin bu tip məsələlərinə etiraz olaraq düşünülmüş şəkildə bu addımı atıb.

Ermənistanla Rusiya arasında münasibətlərə problem yaradan məsələlərdən biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlükdür. Rəsmi İrəvan iki ilə yaxındır, bu təşkilatın tədbirlərinə qatılmır. Baş nazir Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyasında KTMT-dən çıxa biləcəklərini istisna etməyib.

Gümrüdəki xatirə kompleksinin və Rusiyaya aid abidənin aşağılanması iki ölkə arasında mövcud münasibətin də göstəricisidir. Bu, Ermənistan cəmiyyətinin, siyasi qüvvələrin Moskvaya birmənalı olmayan münasibətidir. Hadisələr göstərir ki, ictimaiyyət Rusiyanın ölkəyə nəzarətindən bezib.

Qriboyedov diplomat kimi Qafqazın işğalında əvəzsiz rol oynayıb. O, çar Rusiyasının bu regionu işğal etmək üzrə ideoloqlarından sayılır. Hətta o, Qacar dövləti ilə Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin imzalanmasında çox önəmli rola malik olub. Bu baxımdan, ötən illərdə onun heykəlinin boyanmasını Ermənistan siyasi elitası və cəmiyyətinin Kremlə ilk ismarışı da saymaq olardı.

“Ana Ermənistan” kompleksi ilə bağlı baş verən hadisə də iki istiqamətdə etirazdır: biri keçmiş SSRİ tarixinə, o biri isə hərbi bazaya.

Belə ehtimal etmək olar ki, hadisəni törədənlər SSRİ tarixini və onun “yadigarı olan” 102-ci hərbi hissəni müstəmləkəçinin nişanəsi olaraq hədəfə alıblar.

Ümumiyyətlə, çar Rusiyası, keçmiş SSRİ və onların varisi sayılan RF-nin abidələri, hərbi bazası Moskvanın Ermənistandakı nüfuzunu, mövcudluğunu bəyan edir.

Əslində, Gümrüdəki baza Ermənistanın müdafiəsində artıq elə də ciddi rol oynamır. 102 saylı hərbi hissənin Gümrüdə xidməti davam etdirməsi daha çox Kremlin Cənubi Qafqaza, Türkiyə və Ermənistana, indiki şəraitdə isə ABŞ-yə belə “göz dağı”dır.

Bu baxımdan, respublikada Kremlin atributlarının gələcəkdə ləğv ediləcəyi də istisna edilmir. “Ana Ermənistan” kimi komplekslər, Leninin heykəlləri, georgi lenti, rus dilinin dövlət müəssisələrində aparıcı rolu, dəmiryol, elektrik enerjisi, “Qazprom” şirkətləri, dövlət sərhədinin qorunması, Gümrü hərbi bazası, KTMT, Avrasiya İqtisadi İttifaqı və başqaları Moskvanın Ermənistandakı nişanələridir.

Ermənistan Rusiyanın bütün istiqamətlərdə hökmranlığını əks etdirən bu kimi detallardan xilas olmazsa, sonrakı illərdə daha böyük çətinliklərlə üzləşə bilər. Çünki Moskva adlarını çəkdiyimiz bu amilləri əsas götürərək Ermənistanda müxtəlif qarşıdurmalar, iğtişaşlar və s. yarada bilər. Bu boyunduruqlar respublikanın müstəqilliyinə, suverenliyinə mane olur. Ehtimal etmək olar ki, Rusiya hələ də respublikanı əlində saxlamağa səy göstərir. Ona görə bu nişanələrdən birinin yox olması Kremlin Ermənistanda nüfuzunun azalması, özünə cəlb etmək üçün klassik alətlərin aradan qalxmasıdır.

Bir vaxtlar keçmiş müttəfiq respublikaların az qala hər kəndində Vladimir İliç Leninin heykəli var idi. Həmin abidə sovetləşmənin, deməli, sovet müstəmləkəsinin simvolu sayılırdı. Sonralar buna başqaları da əlavə edildi. SSRİ rəsmi olaraq dağılmazdan öncə Lenin və başqa bolşeviklərin heykəlləri uçuruldu. Odur ki, Ermənistan daha çox müstəqil olmaq üçün “Ana Ermənistan”dan və 102 saylı bazadan da xilas olmağı hədəfləyir. Hələ ki buna cəhdlər edilir…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO