Texnologiya 03.07.2019 16:37

Azərbaycanda 25 min manata telefon nömrəsi satılır

Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir. Məsələn, bir neçə il əvvəl 666-66-66 nömrəsi Qatarın paytaxtı Doha şəhərində yerli telekommunikasiya şirkəti tərəfindən satışa çıxarılmış və 10 dəqiqəlik hərrac zamanı 2 milyon 750 min dollara satıldı. Satışdan əldə edilən gəlir yerli xeyriyyə fonduna və Qatar əhalisinə tibbi xidmətin göstərilməsi şərtlərinin yaxşılaşdırılmasına yönəldilmişdi.

135 85-85-85-85 nömrəsi isə Çində təşkil olunan internet-hərracda 1 milyon 100 min ABŞ dollarına satılmışdı. Rəqəmlərin bu ardıcıllığı çin dilində “Qoy mən varlı olum, varlı olum, varlı olum, varlı olum” anlamına gəlirdi.
88-88-88-88 nömrəsi isə 285 min ABŞ dollarına Çinin Siçuan əyalətində bir aviaşirkətə satılmışdı. Çində belə hesab edilir ki, 8 rəqəmi uğur, xoşbəxtlik və zənginlik gətirir.
Azərbaycanda da “qızıl nömrə” kimi təqdim edilən mobil telefon nömrələrinin öz həvəskarları var. Məsələn, bu günlərdə ölkəmizdə 25 min manata mobil telefon nömrəsi satışa çıxarılıb.
Rakus.az xəbər verir ki, 050 211 55 85 nömrəsinin qiyməti məhz bu qədərdir.
Nömrənin satışını isə “555 Telekom” mağazası təşkil edir.
Qeyd edək ki, Azərbaycanda əksər iri məmurların və iş adamlarının mobil telefon nömrəsi nəyə görəsə, bir qayda olaraq, 211-lə başlayır.  Bu rəqəmlərlə başlayan nömrələr arasında 14 min manata (050 211 58 56) satılan da var, 15 min manata satılan da (050 211 59 69).
050 211 16 21 nömrəsini isə 10 min manata almaq olar.
Lakin sadəcə 211-lə başlayan telefon nömrələrinin qiyməti görənləri şoka salmır. Məsələn, 050 200 9292 nömrəsinə sahib olmağı arzulayanlar 6 min, 050 291 1111 nömrəsini almaq həvəsinə düşənlər 6500 manat, 050 200 00 60 nömrəsini əldə etmək istəyənlər isə 13 min manatından keçməlidirlər.
Yeri gəlmişkən, Qatarda 2 milyon 750 min dollara satılan mobil telefon nömrəsi (666 666 66 – 055-lə başlayır) vaxtilə Azərbaycanda da satışa çıxarılmışdı: özü də 100 min manata!
Lakin həmin nömrə üçün bu qədər yüksək qiymətə müştəri tapılıb-tapılmadığı məlum deyil.
Onu da deyək ki, insanların maddi dəyəri fantastik məbləğlə ölçülən mobil telefon nömrələrinə həvəslə pul ödəməsini psixoloqlar daha çox özünütəsdiq cəhdi kimi qiymətləndirirlər. Hesab edirlər ki, həyatda başqa cür uğur qazana bilməyənlər belə dəbdəbəli, lakin dəbdəbəli olduğu qədər də anormal seçimlərə meyllənirlər… (Qaynartinfo)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO